Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və yerli “BugBounty” platforması “QaraBug” ilə kibermühitdə davamlı təhlükəsizliyin təmin edilməsi və milli kibertəhlükəsizlik ekosisteminin inkişafı məqsədilə dövlət qurumlarının "bug bounty" mükafatlandırma proqramına start verir.
Xeberler.az məlumat verir ki, bu təşəbbüs həmin dövlət qurumlarının informasiya ehtiyatları və sistemləri üzrə kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, özəl-dövlət əməkdaşlığında etibarlılığın artırılmasına və dövlət qurumlarına məxsus informasiya ehtiyatlarında mövcud olan boşluqların aşkarlanmasına yönəlmişdir. Layihə kiberboşluqların tapılması və mükafatlandırılması ("bug bounty") mədəniyyətinin ölkəmizdə daha geniş formalarda tətbiq edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Proqram cari ilin 20 oktyabr – 15 noyabr tarixlərində həyata keçiriləcək. Bu müddət ərzində informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislər, tədqiqatçılar və etik hakerlər dövlət qurumlarına aid informasiya ehtiyatları və sistemlərində texniki zəiflikləri aşkarlayıb hesabat təqdim etməklə mükafat qazanmaq imkanı əldə edəcəklər.
"Bug bounty" proqramının əsas məqsədləri:
Dövlət sektoruna məxsus informasiya sistemlərində və ehtiyatlarında texniki zəifliklərin aşkarlanması;
Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış yerli mütəxəssislərin və tədqiqatçıların stimullaşdırılması;
Kiberdayanıqlığın gücləndirilməsi istiqamətində açıq əməkdaşlıq mühitinin formalaşdırılması;
Etik hakerlik mədəniyyətinin inkişaf etdirilməsi.
Proqram çərçivəsində təqdim olunan zəifliklər risk səviyyəsinə uyğun olaraq qiymətləndiriləcək və müvafiq xallarla dəyərləndiriləcək. Proqramın sonunda ən çox xal toplayaraq ilk üç yeri tutan iştirakçılar pul mükafatı və sertifikatla təltif olunacaq.
Proqrama qatılmaq istəyən iştirakçılar www.qarabug.az saytına daxil olaraq ətraflı məlumatlar əldə etməklə yanaşı, qeydiyyatdan keçməlidirlər.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları