Previous Next
Bağla

“E-müqavilə” altsistemində RDMİS AI dəstək köməkçisi istifadəyə verilib

19-10-2026 11:56
“E-müqavilə” altsistemində RDMİS AI dəstək köməkçisi istifadəyə verilib

Maliyyə Nazirliyi tərəfindən dövlət maliyyəsinin idarə edilməsi sahəsində rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müasir texnologiyalardan istifadənin təşviqi istiqamətində növbəti yenilik həyata keçirilib. Belə ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində süni intellekt texnologiyalarına əsaslanan RDMİS AI adlı virtual dəstək köməkçisi istifadəyə verilib.

Xeberler.az məlumat verir ki, yeni rəqəmsal həllin əsas məqsədi “e-müqavilə” altsistemindən istifadə edən dövlət qurumlarının, satınalan təşkilatların, təchizatçıların və digər istifadəçilərin məlumat əldə etmək imkanlarını genişləndirmək, yaranan sualların operativ cavablandırılmasını təmin etmək və elektron müqavilə proseslərinin daha rahat və səmərəli həyata keçirilməsinə dəstək göstərməkdir.

RDMİS AI dəstək köməkçisi vasitəsilə istifadəçilər “e-müqavilə” altsisteminin əhatə dairəsi, tətbiqi və elektron müqavilə proseslərinin hüquqi tənzimlənməsi ilə bağlı qanunvericiliyin müvafiq müddəalarına dair suallarına operativ cavab əldə edə bilərlər. Bununla yanaşı, altsistemin funksional imkanları, elektron müqavilələrin rəsmiləşdirilməsi və idarə olunması, eləcə də sistemdən istifadə qaydaları və mövcud istifadəçi təlimatlarında nəzərdə tutulan əməliyyatların icrası ilə bağlı zəruri məlumatların və izahların əldə edilməsi imkanı yaradılıb.

Süni intellektəsaslı dəstək mexanizminin tətbiqi istifadəçilərin zəruri məlumatlara çıxışını asanlaşdırmaqla yanaşı, təkrarlanan müraciətlərin azalmasına, texniki və metodoloji dəstək proseslərinin optimallaşdırılmasına, habelə elektron müqavilə əməliyyatlarının daha operativ və səmərəli həyata keçirilməsinə xidmət edir.

RDMİS AI dəstək köməkçisinin istifadəçi təcrübəsi əsasında davamlı təkmilləşdirilməsi və funksional imkanlarının mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə sistemə daxil olan sorğuların, istifadə nəticələrinin və istifadəçi rəylərinin mütəmadi təhlili əsasında istifadəçilərin ehtiyaclarına uyğun yeni imkanların yaradılması planlaşdırılır. Yeni yanaşma süni intellektəsaslı dəstək köməkçisinin real istifadə təcrübəsinə uyğun inkişaf etdirilməsinə və istifadəçilərə daha çevik və effektiv xidmət göstərilməsinə imkan verəcək.

Bu yenilik Maliyyə Nazirliyi tərəfindən dövlət maliyyəsinin idarə edilməsində innovativ texnologiyaların tətbiqi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və istifadəçiyönümlü, intellektual rəqəmsal maliyyə ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

10-04-2026
“e-müqavilə” ilə imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

“e-müqavilə” ilə imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

06-10-2026
Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026
Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib

Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib

15-05-2026
“e-müqavilə” altsistemində  yeni funksiya istifadəyə verilib

“e-müqavilə” altsistemində yeni funksiya istifadəyə verilib

01-09-2026
“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb

“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb

17-08-2026
“E-müqavilə” altsistemində yeni imkan yaradılıb

“E-müqavilə” altsistemində yeni imkan yaradılıb

05-10-2026
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

26-01-2026
6 ayda “e-müqavilə” ilə 2414 müqavilə bağlanıb

6 ayda “e-müqavilə” ilə 2414 müqavilə bağlanıb

03-07-2026
“e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb

“e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb

07-04-2026
BƏƏ ilə rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri müzakirə olunub

BƏƏ ilə rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri müzakirə olunub

09-12-2025
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib

Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib

27-02-2026
Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026
TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

13-07-2026
Oğuzda Vətəndaş Qəbulu və Elektron Xidmətlər Üzrə Dəstək Mərkəzi açılıb

Oğuzda Vətəndaş Qəbulu və Elektron Xidmətlər Üzrə Dəstək Mərkəzi açılıb

24-07-2025
Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09-06-2026
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi ilə bağlı görülən işlər açıqlanıb

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi ilə bağlı görülən işlər açıqlanıb

30-12-2025
Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

06-10-2026
“Aztelekom” biznes və əməliyyatlara dəstək sistemlərini müasirləşdirir

“Aztelekom” biznes və əməliyyatlara dəstək sistemlərini müasirləşdirir

30-05-2023
Su Ehtiyatları Agentliyi yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

Su Ehtiyatları Agentliyi yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

25-08-2026
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

14-05-2026
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

02-03-2026
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq

“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq

30-09-2026
Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

06-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə