Previous Next
Bağla

“Elektron icra” sistemi ilə bağlı yeni dəyişikliklər təsdiqlənib

08-05-2026 13:00
“Elektron icra” sistemi ilə bağlı yeni dəyişikliklər təsdiqlənib

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Elektron icra” informasiya sistemi ilə bağlı yeni dəyişiklikləri təsdiqləyib.

Xeberler.az bildirir ki, qərar “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqinin təmin olunması məqsədilə qəbul edilib.

Dəyişikliklərə əsasən, “Elektron icra informasiya sistemi haqqında Əsasnamə”nin bir sıra müddəaları yenilənib və sistemin funksionallığı genişləndirilib.

Yeni qaydalara əsasən:

  • informasiya sistemləri olmayan dövlət qurumları və bələdiyyələr üçün elektron kabinetlər yaradılacaq və icra sənədləri həmin kabinetlər vasitəsilə qəbul ediləcək;
  • icra hərəkətləri ilə bağlı bildirişlər borcluların mobil nömrələrinə SMS vasitəsilə göndəriləcək;
  • icra sənədləri üzrə borcluların banklar, kredit və elektron pul təşkilatlarındakı vəsaitlərinə yönəldilən qərarların elektron ötürülməsi təmin olunacaq.

Bundan başqa, bank və elektron pul təşkilatları tərəfindən həmin qərarların icrası və nəticələri barədə məlumatların sistem üzərindən təqdim edilməsi də nəzərdə tutulur.

Qərarda həmçinin borclu fiziki şəxslərin və borclu hüquqi şəxslərin icra orqanı rəhbərlərinin ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəmə qərardadlarının da sistemə inteqrasiya olunması əksini tapıb.

Yeni dəyişikliklər çərçivəsində informasiya ehtiyatları və sistemləri olmayan dövlət qurumları və bələdiyyələr icra sənədlərini elektron kabinetlər vasitəsilə icraya yönəldə biləcəklər.

Qərarın əsas məqsədi icra proseslərinin rəqəmsallaşdırılması, dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsi və icra mexanizmlərinin daha operativ və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək

07-04-2025

Nazir müavini: Rəqəmsallaşma icra prosesində əsas problemləri həll edir

20-02-2026

Hərracın gedişini “Mobil icra” ilə izləmək mümkün olacaq

05-07-2025

"İCMAL" elektron informasiya sistemi yaradılır

20-05-2025

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

18-06-2025

“ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə” dəyişib

22-05-2025

"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

28-04-2026

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq

08-07-2024

Hərbi çağırışçılar və hərbi vəzifəlilər üçün elektron kabinet yaradılacaq

13-12-2024

İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

20-05-2025

Texnologiyalar parkları ilə bağlı yeni təkliflər hazırlanacaq

17-06-2013

Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq

22-06-2023

“Elektron prokurorluq” dövlət resurslarına inteqrasiya olunur

28-06-2022

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014

Elektron Hökumət İnformasiya Sistemi daxil edilən və ötürülən məlumatlar açıqlanıb

12-08-2025

Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə təsdiq edilib

26-01-2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

10-07-2023

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

30-05-2025

Telekommunikasiya borclarının alınması qaydalarında dəyişikliklər edilib

31-01-2019

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

20-05-2025

Prezident İlham Əliyev Sərəncam imzalayıb

17-03-2020

“Kibercinayətlər” elektron informasiya sistemi formalaşdırılacaq

28-08-2023

Baş Nazir Novruz Məmmədov qərar imzalayıb

20-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə