Previous Next
Bağla

“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

21-02-2024 13:20
“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

“Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində görülmüş işlərin yekun monitorinq və qiymətləndirməsinə dair ümumi hesabatı “İnnovasiya” İşçi qrupunda videokonfrans formatında müzakirə olunub.

 Açılış nitqi ilə çıxış edən İşçi qrupun sədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov 2023-cü ildə Strategiyada qeyd olunan məqsədlərin icrası sahəsində görülmüş işlər barədə danışıb.

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov hesabatı iclas iştirakçılarına təqdim edərək, hədəf indikatorlar üzrə görülmüş işlər, çətinliklər və tövsiyələr barədə ətraflı məlumat verib.

Daha sonra İşçi qrupun üzvləri hesabat üzrə müzakirələr aparıb, rəy və təkliflərini diqqətə çatdırıblar.

“İnnovasiya” İşçi qrupunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın müvafiq şöbə və bölmələrinin rəhbər şəxsləri təmsil olunurlar.

 Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “İnnovasiya” İşçi qrupu da bu çərçivədə “Yaradıcı və innovativ cəmiyyət” məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

13-09-2024

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025

“Ekoloji məsələlər” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

20-02-2024

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

05-09-2025

“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

19-02-2024

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

11-02-2026

"İqtisadi artım üzrə işçi qrupu"nun iclası keçirilib

04-02-2026

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

13-01-2024

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026

"Sosial-iqtisadi inkişaf Strategiyası” üzrə işçi qrupların görüşlərinə başlanıb

23-01-2025

Qeyri-iş günləri bu qurumlara şamil edilmir

26-03-2020

Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya təsdiqlənib

10-12-2025

Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

23-10-2025

“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

10-12-2025

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

12-10-2021

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

03-09-2025

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025

“Qlobal İnnovasiya İndeksi - 2023” hesabatı qurumlarla müzakirə olunub

19-10-2023

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025

Baş nazir süni intellekt strategiyası ilə bağlı yeni sərəncam imzalayıb

30-04-2025

Azərbaycan və Qırğızıstan 18 sənəd imzaladı

24-04-2024

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə