Previous Next
Bağla

“İnternetin qiymətini artırmağa fürsət gözləyirlər”

16-01-2016 10:30
“İnternetin qiymətini artırmağa fürsət gözləyirlər”

“Ölkədəki bahalaşma internet məkanına da təsirsiz ötüşməyəcək”. 

Xeberler.az AzNews saytına istinadən məlumat verir ki, bunu  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, provayderlər qiymət artımı üçün fürsət gözləyir:

“Artıq bir neçəsi elan verib ki, qiyməti artıracaqlar. Azərbaycanın əsas internet təsisçisi “Delta Telekom” rəsmi açıqlama verib ki, hələlik internetin topdan satış qiymətini artırmayacaq. Bütün provayderlər də interneti həmin şirkətdən alır. Düşünürəm ki, hələlik internet bazarında ciddi qiymət artımı üçün əsaslar yoxdur. Çünki topdan satış qiymət stabil olaraq qalır”. 

Osman Gündüz qeyd edib ki, internet qiyməti qonşu ölkələrlə müqayisədə Azərbaycanda yüksəkdir:

“Müqayisə üçün deyim ki, bizdə internet istifadəçilərinin də sayı azdır. Kompyüterin satışı, İT avadanlıqları ilə bağlı sektorda zəiflik müşahidə olunur. Əhalinin pul gəlirləri az olanda bu cür şeylərin alınmasına az diqqət yetirilir. Ona görə bu bazarda müəyyən qədər enmə müşahidə olunur”. 

Osman Gündüz hazırda İT şirkətlərində ciddi ixtisarlar olduğunu deyib: “İT şirkətlərində müəyyən ixtisarlar gedib. Biz bunu müşahidə edirik, artıq bir sıra şirkətlər işçilərini 30 faiz ixtisara salıb. Bunun da səbəbi var. Bizdəki İT şirkətlərinin əsas gəliri dövlət sifarişləri idi. Dövlət sifarişlərinin azalması səbəbindən İT şirkətlərində böhran yaranıb”.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

04-09-2009

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010

“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

25-11-2009

Azercell internetin qiymətini 20 faiz qaldırdı

06-08-2018

Provayderlər qiymətləri qaldırdı

25-01-2016

Ekspert Tarif Şurasının qiymət artımı ilə bağlı açıqlama verdi

31-07-2018

Provayderlər internet qiymətlərində çoxdan gözlənilən endirimi edəcəklərmi?

17-09-2009

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025

Ekspert: Azərbaycanda internetlə bağlı yenilik olacaq?

25-06-2020

İnternet qiymətləri 3 dəfəyədək endiriləcək

29-08-2009

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

Qonşuda 5 manata olan sürətli internet, bizdə 300 manatdır - Araşdırma

01-10-2015

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

Azərbaycanda internet qiymətlərindəki dəyişiklik hiss olunmayacaq dərəcədə cüzidir

08-12-2008

Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

16-05-2020

“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

01-09-2009

“Azərbaycanın internet bazarında planlı rəqabət gedir”

01-03-2016

VİDEO: Provayderlər müştərilərini aldada bilməyəcək - Yeni Xidmət

06-03-2016

İnternet qiymətləriylə bağlı yenilik olmayacaq

03-09-2010

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə