Previous Next
Bağla

“ITU Telecom World 2016” davam edir-Fotolar

15-11-2016 08:50
“ITU Telecom World 2016” davam edir-Fotolar

Məlumat verdiyimiz kimi, Tailandın Bangkok şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə "ITU Telecom World 2016” sərgisi-konfransı davam edir.

Bu beynəlxalq tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.

Bu gün sərginin 2-ci günüdür.

Xeberler.az-ın məlumatına görə, Elmir Vəlizadə sərgi-konfrans çərçivəsində bir sıra ölkələrin nazirləri və rəsmi şəxsləri ilə görüşlər keçirib.

Nazirlik rəsmisi BTİ-nin Baş Katibi Haoilun Zao və BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Brahima Sanu ilə görüşüb.Toplantıda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Həmçinin, gələn il Argentinada keçiriləcək Telekommunikasiyanın inkişafı ilə bağlı ümümdünya konfransında Azərbaycanın inkişafı ilə bağlı məsələlər də müzakirə olunub.

Bu gün Elmir Vəlizadənin Macarıstanın Xarici İşlər və Ticarət Naziri cənab İstvan Mikola ilə də görüşü olub. Görüşdə Azərbaycanla bu ölkə arasında İKT sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində danışıqlar aparılıb.

Bugünkü tədbirlər çərçivəsində Elmir Vəlizadənin "ITU Telecom World 2016" tədbirlərində iştirak edən Nazirlər toplantısında Azərbaycanda İKT-nin inkişafı ilə bağlı çıxışı gözlənilir.

Sərgi-konfransda müxtəlif forum və dəyirmi masalar çərçivəsində İKT sahəsindəki problemlər və çağırışlar ətrafında müzakirələr davam edir.

İKT sahəsində innovasiyaların sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayan "ITU Telecom World 2016" fəaliyyətini noyabrın 18-dək davam etdirəcək.

Tədbirə 128 ölkədən 25 000 ziyarətçinin qatılması gözlənilir. Sərgidə 30-dək milli pavilyon, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan pavilyonu təşkil edilib.  

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur- Yenilənib

14-11-2016

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019

Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015

Azərbaycan beynəlxalq İKT konfransda iştirak edir

10-10-2017

Əli Abbasov bir neçə ölkənin rabitə naziri ilə görüşdü

14-10-2015

Azərbaycan BTİ tərəfindən mükafatlandırılıb

08-10-2018

5G sistemləri sahəsinə diqqət artırılacaq

19-10-2015

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb

14-09-2018

Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

12-09-2019

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019

Azərbaycan Macarıstanla birgə İKT layihələri həyata keçirəcək

14-10-2015

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018

Macarıstanın Baş naziri Azərbaycan nümayəndələri ilə görüşdü

13-10-2015

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

“ITU Telecom World 2015” sərgisi başa çatdı - Fotolar

16-10-2015

Startap layihəmiz beynəlxalq müsabiqədə sertifikata layiq görüldü

15-10-2015

Əli Abbasov beynəlxalq İKT konfransında çıxış edir- Yenilənib

13-10-2015

Azərbaycan nümayəndə heyəti TurkmenTel-2010 sərgi-konfransında iştirak edəcək

15-09-2010

Azərbaycan Cenevrədə “Transmilli Super İnformasiya Magistralının” təqdimatını keçirib

07-10-2009

“ITU Telecom World 2015”-də Azərbaycan şirkətlərinin stendləri -Fotolar

12-10-2015

Azərbaycan “ITU TELECOM World 2009” konfransında iştirak edəcək

13-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə