Previous Next
Bağla

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021 11:16
“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

Kaspersky kibert əhlükəsizliyə yeni - mərhələli yanaşma tətbiq edir. Bu yeni yanaşma çərçivəsində bütün korporativ məhsullar, texnologiyalar və xidmətlər üç səviyyəyə bölünür. Müəyyən bir şirkət tərəfindən tələb olunan qorunma səviyyəsi təşkilatın ölçüsündən və informasiya təhlükəsizliyi xidmətinin təkmilliyindən asılıdır.
Kaspersky Security Foundations səviyyəsi - geniş çeşidli kiber təhdidlərə qarşı əsas adaptiv qorunmanı təmin edir və ölçüsündən asılı olmayaraq hər bir şirkət üçün fundament hesab olunur.

Kaspersky Optimum Security səviyyəsi - İT şöbəsinin və ya kiçik bir informasiya təhlükəsizliyi mütəxəssisi komandasının kiber təhlükəsizliklə məşğul olduğu şirkətlər
üçün ən yaxşı seçimdir. Maşın öyrənməsi alqoritmlərindən və qum qutularından istifadə edərək qabaqcıl aşkarlama mexanizmlərini tətbiq etməklə hücumun bütün
mərhələlərində gizli təhdidlərə qarşı qorunma, həmçinin Kaspersky Threat Intelligence portalı vasitəsilə daha təkmil insident aşkarlanması təmin edir. Bu mərhələdə istifadə zəncirinin son cihazlarının qorunması EDR-nin əsas funksiyaları ilə gücləndirilib. Burayarəqəmsal savadlılığın artırılması üçün təlimlər də daxildir.

Ən qabaqcıl səviyyə hesab olunan Kaspersky Expert Security - inkişaf etmiş bir İTb təhlükəsizlik sisteminə malik şirkətlər və sənaye müəssisələri üçün nəzərdə tutulub və Kaspersky həllərinə əsaslanan qoruyucu ekosistem yaratmağa imkan verir. Bu
səviyyənin mərkəzi elementini Kaspersky Unified Monitoring and Analysis Platform adlı SIEM (security information and event management – təhlükəsizlik məlumatları və hadisələrin idarəsi) sistemi təşkil edir. O, həmçinin şəbəkə səviyyəsində inkişaf etmiş təhdidlərin aşkar edilməsi üçün Kaspersky Anti Targeted Attack və Kaspersky EDR kimi güclü məlumat təhlükəsizliyi platforması təqdim edir. Bu platforma vasitəsilə mütəxəssislər iş yerləri və serverlərin infrastrukturundakı hadisələrin tam mənzərəsini və onların mürəkkəb təhdidlər və APT hücumlarından effektiv qorunmasını əldə edirlər. Əlavə olaraq, bu səviyyə Kaspersky Threat Intelligence portalındakı analitik məlumatlara və məlumat təhlükəsizliyi mütəxəssisləri üçün təlimlərə çıxış təklif edir. Hər üç səviyyədə də şirkətlər kiber insidentlər zamanı genişləndirilmiş texniki dəstək və operativ mütəxəssis yardımı ala, həmçinin sistemlərin qorunma səviyyəsini qiymətləndirmək üçün Kaspersky mütəxəssislərinin bilik və təcrübəsindən istifadə edə bilərlər.

Mürəkkəb hücumlarla mübarizə xüsusi təcrübə və bilik tələb edir, kiber təhlükəsizlik büdcəsi isə işçilərə təlim keçməyə və əlavə mütəxəssislərin işə cəlb olunmasına hər zaman imkan vermir. Resurs çatışmazlığı kiber hadisələrə cavab verilməsində gecikmələrə gətirib çıxara bilər ki, nəticədə təşkilata dəyən zərər arta bilər.

Kaspersky-nin məlumatına görə bir məlumat sızması böyük bir müəssisəyə təxminən 7 milyon rubla ($92,000) başa gəlir. İnformasiya təhlükəsizliyi şöbəsi əməkdaşları tərəfindən təhdidlərin təhlili, araşdırılması və onlara cavab verilməsinə sərf edilən resursların daha səmərəli istifadəsi istiqamətində böyüməkdə olan şirkətlərə kömək etmək üçün Kaspersky “Kaspersky Managed Detection” and “Response” xidmətinə də mərhələli yanaşma gətirdi. İndi o, iki çatdırılma variantı təqdim edir - Optimum və Expert, bununla da o, yalnız böyük şirkətlər üçün deyil, həm də orta sahibkarlar üçün əlçatan olur. Kaspersky Managed Detection and Response xidməti informasiya təhlükəsizliyi hadisələrinin monitorinqi və onlara cavab (SOC) mərkəzini şirkətin daxilində qurmadan onun üstünlüklərinə sahib olmaq imkanı verir və təhdid axtarışı və kiber insident təhlili bacarıqlarına sahib xüsusi işçilərin olmasını tələb etmir.

“Kiber təhdidlərə qarşı effektiv qorunma üçün bir-biri ilə yaxşı əlaqələndirilmiş, idarəetməsi asan və müştərilərin tələblərinə cavab verən tədbirlər dəsti lazımdır. Kiber təhlükəsizliyə mərhələli yanaşmamız məhz bu cür işləyir. Bunun başqa bir üstünlüyü də ondan ibarətdir ki, yüksək ixtisaslaşmış bir həlldən fərqli olaraq, hara istiqamətlənmək lazım olduğuna dair məlumat verir və İT sistemin təkmillik səviyyəsinin artması ilə [digər səviyyəyə] keçid imkanı təklif edir. Məsələn, MDR hadisəsi zamanı, baza səviyyəsində tam avtomatlaşdırılmış xidmət, daha qabaqcıl səviyyədə isə mütəxəssis köməyi və dəstəyi təklif olunur,” deyə Kaspersky-nin Rusiya, MDB və Baltikyanı ölkələr üzrə icraçı direktoru Mixail Priboçiy bildirib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021

Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb

22-02-2022

Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

01-09-2022

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

30-04-2021

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Kaspersky “Kaspersky Symphony XDR”-i təqdim edir

13-04-2022

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə