Previous Next
Bağla

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025 14:44
“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi” Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri, Baş nazirin müavini Samir Şərifov tərəfindən təsdiq edilib.

Xeberler.az bildirir ki, Yol Xəritəsi kommunal xidmətlər sektorunun daha effektiv idarə olunması, kommunal xidmətlərə əlçatanlığın yaxşılaşdırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yüksəldilməsi üzrə təşkilati və inzibati tədbirləri əhatə edir. Onun icrası çərçivəsində kommunal qurumların inteqrasiyası, vahid abunəçi kodu mexanizminin tətbiqi, məlumat bazalarının təkmilləşdirilməsi və elektron xidmətlərin "mygov" rəqəmsal hökumət platformasına inteqrasiyası nəzərdə tutulur.

Yol Xəritəsinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kommunal operatorlara aid xidmətlərin (vətəndaş yönümlü xidmətlər) 50%-nin və müvafiq bildirişlərin “MyGov” üzərindən göndərilməsinə imkanlar yaradılacaqdır. Sənədə müvafiq olaraq, “Azərişıq” ASC tərəfindən “Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənəd”in layihəsinin və texniki tapşırığın hazırlanması, kommunal sahə üzrə göstərilən xidmətlərin mövcud və təklif edilən iş axınlarının müəyyən olunması və vizuallaşdırılması təmin edilərək, digər aidiyyəti icraçı qurumlar yaxından cəlb olunmaqla müvafiq işlərin 2025-ci ilin 1 iyul tarixinədək yekunlaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Layihə aidiyyəti dövlət qurumlarının iştirakı ilə həyata keçirilir və 2025-ci ilin sonuna qədər əsas mərhələlərinin tamamlanması planlaşdırılır. “Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə” 2025-ci il üçün Yol Xəritəsinin tam mətni Komissiyanın internet portalında yer alıb.

Qeyd edək ki, Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun tərkibində “Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması üzrə” altqrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

RİNN-in rəhbərlik etdiyi Altqrupun görüşü baş tutub

22-02-2025

“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun iclası keçirilib

18-11-2025

Kommunal xidmətlər sahəsində vahid informasiya sistemi yaradılır

09-10-2025

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib

15-05-2026

“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib

25-07-2024

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025

2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

10-10-2022

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

30-06-2025

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

Kommunal xidmətlərlə bağlı yenilik

05-09-2017

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024

Kommunal xidmət sahələrində perspektiv planlar müzakirə edilib

11-08-2020

KOS subyektlərinin kommunal xidmətlərə qoşulması prosesində səmərəlilik artırılıb

27-12-2018

ASAN Kommunal 3 yeni xidmət göstərəcək

12-07-2017

Növbəti “ASAN Kommunal” mərkəzi fəaliyyətə başladı-Foto

06-03-2017

ASAN xidmət və ASAN Kommunal sabah işləməyəcək

08-05-2017

İKTA “B-Ready”nin “Kommunal xidmətlər” indikatoru üzrə icmal hazırlayıb

31-01-2024

Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP beşliyində yer alıb

06-01-2026

Dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq olunacaq

04-07-2025

Rabitə və kommunal xidmət haqqı ödənişlərinin sayı açıqlanıb

13-11-2015

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

30-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə