Previous Next
Bağla

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025 12:03
 “Milli Proqram”a qeydiyyat davam edir

“Milli Proqram” çərçivəsində indiyədək 30 minə yaxın vətəndaş 150 minə yaxın təlimdən ödənişsiz yararlanıb. “Milli Proqram”a qeydiyyat davam edir. 

Xeberler.az məlumat verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a qeydiyyat davam edir. 

Aprel ayından başlayan “Milli Proqram” çərçivəsində indiyədək 30 minə yaxın vətəndaş “Coursera” onlayn təhsil platformasında 150 minə yaxın təlimdən ödənişsiz yararlanıb. Vətəndaşlar 50 min təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər. 

İstifadəçilər daha çox süni intellekt və data elmi sahəsi üzrə təlimlərə müraciət ediblər. Eyni zamanda, layihələrin idarə olunması, yumşaq bacarıqlar, kibertəhlükəsizlik, biznes, məntiq və riyaziyyat sahələri üzrə təlimlərə də müraciətlərin sayı artıb. 

Proqram çərçivəsində spesifik sahələr üzrə kursları bitirən 760 nəfərə “Rəqəmsal nişan” (Digital badge) verilib. Bu nişan “Coursera” platformasında tövsiyə edilən 38 istiqamət üzrə ən azı 3 və ya 4 kursu bitirmiş şəxslərə təqdim edilir. 

Ən çox “Rəqəmsal nişan” əldə olunmuş istiqamətlər:

  1. Biznes və sahibkarlıq: Süni intellekt, strategiya və sahibkarlıq - 77 nişan
  2. Rəqəmsal transformasiya: Dəyiş, innovasiya et, idarə et – 61 nişan
  3. Layihələrin idarəolunması: Strategiya və icra – 54 nişan
  4. Kibertəhlükəsizlik – kibermüdafiə: Hücumlardan öndə ol – 47 nişan
  5. Rəqəmsal marketinq: Strategiya və süni intellekt : 47 nişan

“Milli Proqram” çərçivəsində 4SİM-in təşkilatçılığı ilə yerli ali təhsil müəssisələri və şirkətlər avqust ayından etibarən “Coursera” platformasında öz təlim və kurslarını yerləşdirməyə başlayıblar. Sumqayıt Dövlət Universiteti və “Safavy” onlayn təhsil platforması “Course Builder” aləti vasitəsilə artıq 20-dən çox təlimi “Coursera” platformasına inteqrasiya ediblər. Azərbaycan dilində təqdim edilən bu proqramlar yerli istifadəçilər tərəfindən maraqla qarşılanıb və artıq mindən çox istifadəçi bu təlimlərdən faydalanıb. 

“Coursera” platformasında Oksford, Stənford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12 mindən çox sahəvi kurs və təlimi “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

Qeyd edək ki, “Milli Proqram” çərçivəsində “Coursera” platformasında 15 ən çox tələb olunan  təlim Azərbaycan dilinə dublyaj olunub, 2500 kurs isə Azərbaycan dilində altyazı ilə təqdim olunur. (Kursların siyahısı - https://bit.ly/4ogG5Mw).

“Milli Proqram”ın əsas məqsədi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək, vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasına dəstək verməkdir. Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytında qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər. 

Proqram SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın pilot mərhələsində 10 min nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalib olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024

“Course Builder” aləti ilə bağlı vebinar keçirilib

22-05-2026

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024”ün qalibi seçilib

18-09-2024

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024

"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

02-12-2025

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

“Milli Proqram” 2026-cı ilin aprel ayınadək davam edəcək

02-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə