Previous Next
Bağla

“Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

10-03-2023 12:05
 “Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

"Bu gün Azərbaycanda həm kompüter elmləri, həm də dilçilik sahəsində ciddi tədqiqatlar aparılır, mühüm nailiyyətlər əldə olunur. Lakin dilçilik və kompüter elmləri arasında körpü yarada biləcək yüksəkixtisaslı kadrların olmaması ciddi problemlər yaradır".

Xeberler.az bildirir ki, bu barədə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransında çıxışı zamanı deyib.

Lakin dilçilik və kompüter elmləri arasında körpü yarada biləcək yüksəkixtisaslı kadrların olmaması ciddi problemlər yaradır".

Onun sözlərinə görə, hər iki elm sahəsinin alim və mütəxəssisləri Azərbaycan dilinin inkişafı istiqamətində səylərini birləşdirməli, mövcud problemlərin həlli üçün təcili addımlar atmalıdır. Çünki dilin qorunması və inkişafı təkcə milli mənəviyyat yox, həm də milli identiklik və təhlükəsizlik məsələsidir:

“Bu texnolinqvstik ideologiya insanlara kompüter, robot, dron və digər müasir qurğularla Azərbaycan dilində ünsiyyət qurmağa imkan verəcək. Söhbət nitqin tanınması və süni nitqin sintezindən, eləcə də təbii dilin qavranılması, anlaşılması və emalından gedir” – deyən akademik milli dil korpusunun yaradılmasının vacibliyini izah edib. Bu istiqamətdə fəaliyyət planının hazırlanmasının, təşkilati qurumların yaradılmasının, eyni zamanda maliyyə və qrant dəstəyinin göstərilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti dövlət başçısı İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı müvafiq qurumlarının qarşısına konkret, ciddi vəzifələr qoyduğunu xatırladaraq, bu vəzifələrin həyata keçirilməsində alim və ziyalılarımızı birgə fəaliyyət göstərməyə çağırıb.

Bütün texnoloji transformasiyalar kontekstində dilimizlə bağlı ciddi tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edən akademik bildirib ki, fundamental elm sahəsində çalışan alimlər dilçi alimlərlə birgə təbii dili emal etməyə imkan verən milli, korporativ və fərdi dil korpusları, müxtəlif təyinatlı tezlik lüğətləri hazırlamalıdırlar. İnternet mühitdə digər dillərin Azərbaycan dilini sıxışıdırmaması, dilimizin təhlükəsizliyinin qorunması və ona olan müxtəlif növ təhdidlərin qarşısının alınması üçün süni intellekt texnologiyalarından istifadə əsasında xüsusi linqvistik sistemlər və robotlar yaradılmalıdır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmsal transformasiyalarla bağlı açıqlama

Rəqəmsal transformasiyalarla bağlı açıqlama

24-02-2023
Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir

Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir

16-12-2024
Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023
İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şərait müzakirə olundu

İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şərait müzakirə olundu

25-02-2015
İKT problemləri ilə bağlı respublika elmi-praktiki konfrans keçiriləcək

İKT problemləri ilə bağlı respublika elmi-praktiki konfrans keçiriləcək

01-02-2023
İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026
“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı  ciddi problemlər var”

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018
“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016
“Saytların dil mənzərəsi”  araşdırılıb

“Saytların dil mənzərəsi” araşdırılıb

14-03-2015
Telekanallarda aparılan monitorinqin nəticəsi açıqlanıb

Telekanallarda aparılan monitorinqin nəticəsi açıqlanıb

11-12-2015
Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək

Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək

09-09-2020
Dil məsələləri ilə bağlı Qaynar xətt yaradılacaq

Dil məsələləri ilə bağlı Qaynar xətt yaradılacaq

31-03-2015
İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026
"AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

"AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

12-04-2025
İlk dəfə Azərbaycan dili ilə bağlı forum keçirilib, lakin köhnə problemlər müzakirə edilib

İlk dəfə Azərbaycan dili ilə bağlı forum keçirilib, lakin köhnə problemlər müzakirə edilib

04-09-2023
FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022
İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023
AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018
Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025
“Azərbaycan dilində İKT terminlərinin yaradılması prosesində dilçilərin iştirakı zəruridir”

“Azərbaycan dilində İKT terminlərinin yaradılması prosesində dilçilərin iştirakı zəruridir”

26-11-2009
“İT üzrə ən müasir terminlər toplanmalı və sistemləşdirilməlidir”

“İT üzrə ən müasir terminlər toplanmalı və sistemləşdirilməlidir”

01-02-2016
İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

15-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə