Previous Next
Bağla

“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayıb

16-02-2025 15:07
“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayıb

“Qadın Dəstək Xətti” (QDX) 2024-cü il üzrə fəaliyyətinin nəticələrini açıqlayıb. İl ərzində xidmətə ümumilikdə 1623 müraciət daxil olub. QDX çətin həyat şəraitində olan qadınların müraciətlərinə operativ şəkildə reaksiya verərək ilkin psixoloji yardım göstərib, ehtiyac olduqda qadınlarla fərdi görüşlər təşkil edib və ya sorğunun müvafiq qurumlara yönləndirilməsini təmin edib.

QDX-nin əsas məqsədi yardıma ehtiyacı olan qadınlara psixoloji, hüquqi, sosial və emosional dəstək göstərmək, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına yardım etməkdir. Xidmətə müraciət edən qadınların məlumatlarının məxfiliyi tam qorunur. Sorğu yalnız qadınların razılığı əsasında dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələrinə ötürülə bilər. Xidmət icma əsaslı hüquq klinikaları, reabilitasiya mərkəzləri, sığınacaqlar və hüquqi məsləhət verən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.

“Qadın Dəstək Xətti”, həmçinin zorakılıq qurbanı olan qadınlar və onların övladlarına həm qısamüddətli, həm də uzunmüddətli dəstək göstərir.

Hesabat ilində daxil olan müraciətlərin təsnifatına əsasən zənglərin əksəriyyəti hüquqların qorunması (495), boşanma prosesi ilə bağlı çətinliklər (472) və məişət zorakılığı halları (304) ilə bağlı olub. Zənglərin digər hissəsi sosial-maddi rifah (267), sığınacaqla təmin olunma (43), səhiyyə hüququnun təmin edilməsi (42) mövzularını əhatə edib.

Xatırladaq ki, “Qadın Dəstək Xətti” 2022-ci ildə Azercell-in təşəbbüsü ilə yaradılıb. Xidmət lider mobil operator, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. Xidmətin əlçatanlığını artırmaq məqsədilə “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti 24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi, FacebookInstagram və TikTok səhifələri vasitəsilə xidmət göstərir.

“Azercell Telekom” MMC fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb

20-10-2025

“Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

21-07-2025

“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub

11-07-2024

“Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

12-05-2025

Son altı ayda “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub

16-12-2024

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

26-01-2026

“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlanıb

25-01-2023

Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

25-11-2025

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025

“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirilib

27-11-2025

“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında

02-05-2024

Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi

15-03-2024

“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

18-02-2026

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

“Uşaq Qaynar Xətti”nə 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

31-10-2024

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

03-03-2026

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

Qaynar Xətt Göygöldə fəaliyyətə başladı

13-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə