Previous Next
Bağla

“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

16-12-2020 15:43
“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşəbbüsü ilə “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfrans keçirilib.

Xeberler.az bildirir ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Təhsil nazirinin müavini Firudin Qurbanov və Avropa Birliyinin Azərbaycan nümayəndə heyətinin rəhbəri Kestutis Jankauskas açılış nitqləri ilə çıxış ediblər.

Daha sonra "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC-nin direktoru Rauf Cabarov “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının (Milli Koalisiya) yaradılması, prinsipləri, məqsədləri və perspektivləri mövzusunda təqdimat edib.

Konfransda “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının əsası qoyulub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan Tərəfdaşlıq Platforması təşəbbüsünə Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək veriblər. Eləcə də, özəl tərəfdaşlar “Microsoft Azərbaycan” və “Azercell” şirkətləri bu tərəfdaşlığa dəstəklərini bildiriblər.

Qeyd edək ki, “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması rəqəmli bacarıqlar istiqamətində fəaliyyət göstərən bütün maraqlı qurumlar və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, görülən işlərin əlaqələndirilməsi və eyni zamanda, rəqəmli bacarıqlar üzrə dövlət – özəl tərəfdaşlığının inkişafı məqsədilə yaradılır. Bu tərəfdaşlığa rəqəmli bacarıqlar sahəsi üzrə məşğul olan istənilən qurum qoşula bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

23-07-2020

NRYTN nəzdində süni intellektlə bağlı işçi qrupu yaradılıb

15-12-2020

Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

22-06-2018

Rəqəmsal bacarıqlar və məşğulluq üzrə təlim keçiriləcək

24-09-2020

Ölkəmiz “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub

10-10-2017

Rəqəmli bacarıqlar üzrə tədris portalı yaradılıb

05-01-2021

EU4Digital layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub

26-12-2019

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015

EU4Digital Bakıda fəaliyyətə başlayır

31-05-2019

NRYTN ilə Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

26-06-2021

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018

Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək

09-12-2020

İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

30-05-2019

Rəqəmsal bacarıqlar üzrə vahid platforma qurulacaq

12-12-2025

İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

13-11-2010

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

20-06-2020

Elektron ticarət və rəqəmli iqtisadiyyat üzrə sessiya keçirilib

09-04-2019

Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub

19-02-2020

Azərbaycan “WSIS-2020” çərçivəsində keçirilmiş toplantıda təmsil olunub

09-09-2020

Avropa Komissiyası vahid rəqəmli bazar strategiyasını təqdim edib

08-05-2015

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020

“Rəqəmli yayıma tam keçid üçün müəyyən məsələlər həll olunmalıdır”

30-06-2016

“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə başlanılıb

19-11-2025

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə