Previous Next
Bağla

“Wanlust” - dəhşətli dərəcədə gəzməyi sevən insan

18-11-2014 12:14
“Wanlust” - dəhşətli dərəcədə gəzməyi sevən insan

Azərbaycanın turizm sektorunu inkişaf etdirmək üçün bəzi qaçılmaz işlər görülməlidir. Yəni ölkənin turistə təqdim edəcəyi nəyisə olmalıdır, dənizi, çayı, tarixi gəzməli yerləri, səfalı təbiəti. Bu varsa, deməli turistin ölkəyə gəlməsi üçün nəqliyyat infrastrukturu və mülayim viza şərtləri təmin olunmalıdır. Daha sonra turistin qalmağa bir yeri olmalıdır, yəni ölkədə mövcud olan hotellər turist axınını qəbul etmək iqtidarında olmalıdır. Sözsüz, turistlərə tərcüməçi, bələdçi, taksi və sair xidmətləri təklif edən infrastruktur da olmalıdır. Bütün bunlar vacibdir, ölkədə turizm sektorunu inkişaf etdirmək üçün işlər görülür, hotellər tikilir, yollar çəkilir, xidmətlər yaradılır.

Bir məsələ isə adətən kölgədə qalır: turizmin təbliği, informasiya dəstəyi, virtual məkanda turistə təqdim edilə biləcək xidmət məsələsi. Yəni xarici vətəndaş gəldi Azərbaycana, hara getməlidir, internetdə nə kimi məlumatlar ala bilər? Ya da hazırda mobil telefonu olmayan turisti təsvir etmək belə çətindir, istəyir telefonu vasitəsilə özünə marşrut yaratsın, saytlara girib Bakının görməli yerlərində olsun, bilsin bu Qız qalasıdır, bu Filarmoniyadır, bu da Opera və Balet Teatrı. Turizm sektorunda İKT ilə bağlı layihələrə də az rast gəlinir.

Amma belə layihələr var. Bu günlərdə Rabitə və Yüksək Texnologiyalar nazirliyinin  dəstəyi ilə    keçirilən Startup günləri çərçivəsində turizm sektoru ilə əlaqəli “Wanlust” layihəsi təqdim edildi. Bakıya gələn qonaq və xarici turistlər üçün virtual şəhər rəhbərliyi edəcək, şəhərdəki tikililər haqda məlumat verəcək mobil tətbiqetmənin hazırlanmasını qarşısına məqsəd qoyan layihə 2-ci yerə layiq görüldü, uğurlu bir ideya kimi qiymətləndirildi.

***

Layihəni reallaşdıran Namət Məmmədzadə ilə Facebook-da dostlaşdıq. Göndərdiyim ismarışa bir neçə dəqiqə sonra cavab gəldi. Yazdı Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsiyəm, hazırda dərsdəyəm. Bir xeyli yazışdıq, sonra dedim, bəlkə icazə alasan, elə “Elmlər Akademiyası” metrosuna yaxın bir yerdə görüşərik, danışarıq. Razılaşdı, elə orada da görüşdük. Nə qədər çalışsaq da, o ətrafda sakit, boş bir yer tapa bilmədik. Hara girdik, hər yerdə tələbə, səs-küy. Dedim, bəlkə elə Elmlər Akademiyasının önündə əyləşək bir skamyada, söhbət edək. Dedi, bura tələbə məkanıdır, boş yer tapmaq mümkün deyil, siz deyin kimi olsun. Yaxınlıqdakı fontanın həzin səsini dinləyə-dinləyə söhbətləşdik.

- Wanlust” Wanderlust sözünün qısaldılmış formasıdır. Tərcümədə “Dəhşətli dərəcədə gəzməyi sevən insan” mənasını verir. Əvvəlcə bizdə personaj yarandı, yəni bu ilin mayında Nigar Məmmədliyə ideya təklif etdim. Nigar da bu tətbiqetmədə olacaq personajı yaratdı. Həmin personajın bənzəri xarici ölkələrdə var. Amma biz bu onu sırf Azərbaycan üçün düşündük, görünüş cəhətdən bir növ Nigarın özüdür. Bu personaj nə məna daşıyır? Deyək, indi oturmuşuq Elmlər Akademiyası bağında, qarşımızda da fontandır. Bu Wanlust”-un müxtəlif şəkillərlə dolu xüsusi kitabçası var bizdə. Fontanın fonunda o kitabçadan bir şəkil açılır və mobil telefonla çəkilir. Sonra da bu sosial şəbəkələrdə paylaşılır. Bu personajın artıInstagram, Facebook-da 5000 izləyicisi var. Nigər Məmmədli bu personajın müəlliflik hüququnu da əldə edib.

- Bu işi görməkdə məqsəd nədir?

- Məqsəd Azərbaycanın müxtəlif yerlərində olan mənzərəli yerləri, tarixi-memarlıq abidələri tanıtmaqdır. Məsələn, mən Qubada olmamışam, bilmirəm orada belə bir yer var. Bizdən kimsə Qubada olarkən həmin yeri bloknotun köməyi ilə çəkir. Deməli oranı tanıdırıq bir növ.

- Bəs bu personajın mobil tətbiqetmə ilə nə əlaqəsi var?

- Biz tətbiqetməni, yəni mobil qurğular üçün bu proqramı yaratmağa qərar verdik. Hər yerdə bloknotla gəzməyə daha ehtiyac qalmayacaq. Deyək, biz bu tətbiqetməni yaratmışıq, siz onu telefona yükləmisiz, telefonda da internet açıqdır. Bu parkda skamyada əyləşmisiniz, telefonunuza bildir gəlir: Elmlər Akademiyası parkında, fontanın yanındasan. Biz də sistemi “Vuforiya” şirkətinin “Augmented Reality” sisteminə uyğun qururuq. Nə imkanı yaranır? Telefonun kamerasını fontana yönəldirik, sistem bu fontanı tanıyır, həmin bu “Wanlust” personajı çıxır ortaya, başlayır həmin obyekt haqqında məlumat verməyə

- Məlumat ora necə yüklənəcək?

- Məlumat səsli olacaq, ora yüklənəcək. Bununla bağlı danışıq aparırıq, razılıq alınıb, səsləndirmə rus, ingilis və Azərbaycan dilində olacaq. Radioda çalışan işçi bu personajı səsləndirəcək. Ölkəyə gələn xarici vətəndaş bu tətbiqetməni telefonuna yükləməklə, yaxınlığındakı obyekt haqqında bu dillərdə məlumat ala biləcək. Tətbiqetmədə bir “info” düyməsi də düşünülüb, əgər insan səsli yox, yazılı məlumat istəyirsə, bu mümkün olacaq.

- Dili necə seçəcək?

- Tətbiqetmə yükləndikdə, qeydiyyat zamanı istifadəçi dili seçməlidir.

- Əslində 100-lərlə belə tətbiqetmə var, bu xarici qonaq haradan məlumat əldə edəcək sizin layihəniz barədə?

- Bununla bağlı hazırda ölkənin bir mobil operatoru ilə danışıq aparırıq. Demək olar, artıq razılaşma əldə edilib. Operator layihənin PR, marketinq tərəfini boynuna götürür. Tanıdılması üçün öz imkanlarından yararlanacaq.

- Azərbaycanın gəzməli yerləri, tarixi abidələri çoxdur. Hər dəfə bir yer barəsində, özü də səsli məlumat yükləndikcə, təbii, proqramın bazası böyüyəcək. Bu problem doğurmaz?

- Məlumatlar əlbəttə öz bazamızda qalacaq. Kifayət qədər böyük trafik tələb olunur bu tətbiqetmədən istifadədə. İstəyirik, operator bizim tətbiqetmədən yararlanan öz istifadəçisinə havayı internet təqdim etsin, bu halda onun xidmətinə üz tutanların sayı da çoxalar. Yəni ölkəyə gələn turist bu operatorun sim nömrəsini əldə edir, tətbiqetməni yükləyir, məhz ondan yararlanarkən internet trafikini xərcləmir. Bu həm operatora əl verər, həm də bizə.

***

Namət Mexanika və İnformasiya Texnologiyalar fakültəsinin “İT və sistemləri mühəndisliyi” ixtisası üzrə 2 kurs tələbəsidir. İT sahəsi ilə çoxdan maraqlanır, deyir artıq magistr  səviyyəsinin 2-ci kursunda olmalıydı, amma geriləyib. Bir kollec bitirib, əsgəri xidməti çəkib. Bir neçə dəfə dövlət qulluğunda İT işlərinə təklif alıb, amma təhsilini bitirməmiş bu işləri reallaşdıra bilmədiyini söyləyir.

- Tətbiqetmə Android, İOS, Windows Phone sistemlərində işləyəcək. Hər 3 platformanı dəstəkləyəcək. Hələlik bu sistem yalnız mobil aparatı olan insanlar üçün nəzərdə tutulub. Kompüterdən internetlə bundan yararlanmaq olmayacaq, sonra bəlkə onu təkmilləşdirərik. Hazırda adi bir xarici turisti mobil telefonla məlumatlandırmaq məqsədi güdür.

- Tətbiqetmə hələ hazır deyil?

- İş aparılır, personajın 3D versiyası demək olar hazırdır.

- Layihəni bu günlərdə işini bitirmiş “Startup günləri”ndə təqdim etdiniz.

- 2-ci yerə layiq görüldü. Startarlara pul verilmir, nominasiya olaraq müəyyən mükafatlar verilir, investorlarla görüş təşkil edilir. Mən layihənin İT tərəfini həll edirəm, bu işdə də xərc kifayət qədərdir. İnvestorlar müəyyən qədər yardım edirlər. Görüş hələ olmayıb, amma qarşıda gələn müddətdə nəzərdə tutulub. Həm də startap layihələrinə Rabitə və Yüksən Texnologiyalar Parkında havayı yer verilir, fəaliyyət göstərmək imkanı yaradılır.

- Bu biznes layihədir, deməli siz əlavə gəlir mənbələri axtarmalısınız?

- Bəli, layihə gəlir gətirməlidir. Ştata əlavə işçinin gətirilməsi nəzərdə tutulub. Ola bilər, hər hansı qurum özü haqda məlumatın bazaya daxil edilməsini arzulasın. Deyək, bu fontanın yaxınlığında yerləşən şirkət öz məlumatının insanlara çatdırılmasını istəyir. Biz müqavilə bağlayıb pullu xidmət göstərəcəyik, bu məlumat da orada görünəcək. 1, 3, 5 illik müqavilədə həmin qurumun tətbiqetmədə bu müddətdə fəaliyyət göstərməsi yer alacaq.  

- Bu bir turizm layihəsidir. Sizin Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə qurmaq fikriniz varmı?

- Tətbiqetmənin ilkin versiyası yaradılan kimi nazirliyə təqdim etməyi düşünürük. Mədəniyyət və Turizm Nazirliyinin bizə dəstəyi yerinə düşərdi, bizim layihənin təbliğ olunmasında, ölkədə olan obyektlərin bazaya köçürülməsində nazirliyin yardımına güvənirik.

- Deyək, nər hansı bir insanın heykəlini bazaya daxil etdiniz. Bir müddət sonra orada kiril hərfləri ilə yazılar latın qrafikası ilə əvəzləndi. Sistem bu obyekti tanıya biləcək?

- Orada olan detekt sistemi əslində obyektin haşiyələrini skan edir. Forma dəyişmir deyə, sistemə problem olmaz. Əgər obyektin formasında dəyişiklik olsa, yeni bərpa  işləri aparılsa, onda əlbəttə biz də gərək onu yenidən bazamıza yükləyək. 

- Tətbiqetmə nə vaxt işə düşəcək?

- Gələn ildən işləyəcək. Uzaqbaşı tam gücü ilə fəaliyyət göstərməsi bir il çəkər. İlkin versiyanı 6 aya verəcəyik. 2015-ci ildə Avropa Olimpiya Oyunları keçirilir, daha sonra ölkədə bir neçə möhtəşəm idman yarışları da olacaq, turist axını gözlənilir. Layihəmiz uğur qazana bilər.  

- Nədən qazanacaqsınız?

- Bizdə tətbiqetməni yükləmək pulsuzdur. Amma qeydiyyat bir illik, 99 sentə olacaq. Yəni turist cəmi 1 dollar ödəməklə Azərbaycanla tanış ola biləcək. Bakıya gələn turist adətən turizm şirkətinə ödədiyi məbləğin 10-20 faizi arasında əlavə vəsait ödəyir ki, şirkət ona bir bələdçi versin. Bələdçi də turisti şəhərlə tanış edir. Bizim tətbiqetməni yükləyən turistin isə heç bir bələdçiyə ehtiyacı olmur.

- Turizm şirkətləri ilə də iş qurmağı düşünürsünüz?

- Turizmlə bağlı olan istənilən qurumlara müraciət etməyi düşünürük. Nazirlik də dəstək olsa, layihə inkişaf edər.

- Gələcəkdə layihə necə genişlənəcək?

- Tətbiqetmə ilk növbədə Azərbaycanı əhatə edəcək, gələcəkdə isə onun coğrafiyası genişlənə bilər. Hələlik qonşu Gürcüstan hədəfdədir. Hətta bu ölkəyə səfər etməyi də planlaşdırıram. 

İsmayıl Rafiqoğlu

ismayilrafig (a) gmail. com

Yazı Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi Milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsinə təqdim olunacaq. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Turizmin inkişafı məqsədilə online-sistem yaradılıb

Azərbaycanda Turizmin inkişafı məqsədilə online-sistem yaradılıb

13-03-2009
RobiGuide Azərbaycana gələn turistlərə bələdçilik edəcək

RobiGuide Azərbaycana gələn turistlərə bələdçilik edəcək

24-06-2016
Elektron vizaların verilməsində dəyişiklik edildi

Elektron vizaların verilməsində dəyişiklik edildi

16-12-2012
E-viza almaq üçün qaydalar təsdiqləndi

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015
Elektron viza məsələsində problemlər var

Elektron viza məsələsində problemlər var

14-07-2015
Elşad Yusifli: “Dublin sammitinə 28 min insan qoşulmuşdu”

Elşad Yusifli: “Dublin sammitinə 28 min insan qoşulmuşdu”

27-11-2014
45 min əcnəbiyə elektron turist vizası  verilib

45 min əcnəbiyə elektron turist vizası verilib

18-02-2016
RobiGuide Formula 1 iştirakçılarına dəstək verir

RobiGuide Formula 1 iştirakçılarına dəstək verir

03-05-2016
Avrasiya İnformasiya Supermagistralından nə gözləmək olar?

Avrasiya İnformasiya Supermagistralından nə gözləmək olar?

19-06-2009
Zəlzələni bildirən mobil tətbiqetmə

Zəlzələni bildirən mobil tətbiqetmə

13-11-2014
Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

16-02-2016
Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

27-01-2016
Azərbaycanda mobil telefonlar siyahıya alınacaq

Azərbaycanda mobil telefonlar siyahıya alınacaq

29-08-2010
MTV-Azərbaycan açılmayacaq

MTV-Azərbaycan açılmayacaq

11-10-2010
StartUplar  çox unikal bir sahədir və hətta 2-3 nəfərdən ibarət şirkətə milyonlar gətirə bilər.

StartUplar çox unikal bir sahədir və hətta 2-3 nəfərdən ibarət şirkətə milyonlar gətirə bilər.

29-03-2013
Virtual müsabiqənin qalibləri məlum oldu

Virtual müsabiqənin qalibləri məlum oldu

26-10-2010
Bəxtiyar Hacıyev : “Biz internetdən təbliğat üçün yox, təşkilatlanmaq üçün istifadə edirik”

Bəxtiyar Hacıyev : “Biz internetdən təbliğat üçün yox, təşkilatlanmaq üçün istifadə edirik”

24-10-2010
Bu ölkədə turistlərə pulsuz SİM kartlar veriləcək

Bu ölkədə turistlərə pulsuz SİM kartlar veriləcək

03-07-2019
“Görəsən, bu 3G nədir belə?!”

“Görəsən, bu 3G nədir belə?!”

16-12-2009
GoMap Türkiyə və Gürcüstana səfərə gedənlərin bələdçisinə çevriləcək

GoMap Türkiyə və Gürcüstana səfərə gedənlərin bələdçisinə çevriləcək

04-02-2015
Turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb

Turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb

20-04-2015
Mobil rabitə medianın inkişafında əvəzsiz vasitəyə çevrilir - ARAŞDIRMA

Mobil rabitə medianın inkişafında əvəzsiz vasitəyə çevrilir - ARAŞDIRMA

27-05-2011
‘İnternetə, sosial şəbəkələrə qadağaya heç bir ehtiyac yoxdur’

‘İnternetə, sosial şəbəkələrə qadağaya heç bir ehtiyac yoxdur’

13-03-2013
Samir Əsədli: “Mənim namizəd olduğum dairədə heç 1% insan da internetdən istifadə etmir.”

Samir Əsədli: “Mənim namizəd olduğum dairədə heç 1% insan da internetdən istifadə etmir.”

28-09-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə