Previous Next
Bağla

RobiGuide Formula 1 iştirakçılarına dəstək verir

03-05-2016 15:32
RobiGuide Formula 1 iştirakçılarına dəstək verir

Son statisik məlumatlara görə (UNWTO World Tourism Barometer) dünya üzrə  turistlərin sayı 2014 ildən bu yana 7-10 % artıb. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi son məlumata görə isə ölkəmizə  hər il orta hesabla 2,5 milyon turist gəlir.

2003-2013-cü illər ərzində Azərbaycanda əsas turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya yüksəlib.

Bütün bunları nəzərə alaraq gənclərimiz tərəfindən turizm sahəsində  yeni layihənin- Robie Guide-ın meydana çıxmasına zəmin yaradıb.

Robie Guide nədir?

Eelektron bələdçisi nəinki Azərbaycan bazarında, o cümlədən qlobal bazarda turizm sahəsində yeni tendensiyaları təmsil edir. RobiGuide layihəsinin unikallığı ondan ibarətdir ki, bu layihə paytaxtın yalnız üzdə olan hissələrini əhatə etməyəcək. Yəni,  təkcə Bakının İçəri Şəhəri deyil, bütün Bakını və daha sonra bütün Azərbaycanı əhatə edəcək.

RobiGuide bütün tarixi abidələr, binalar, restoranlar, əyləncə mərkəzkəri, ofislər və s. barədə ətraflı məlumatı səsli (audio) və yazılı şəkildə istifadəçiyə təqdim edəcək. Məlumatlar istifadəçinin istəyindən aslı olaraq 3 dildə- Azərbaycan, rus və ingilis dillərində təqdim olunacaq. Bundan əlavə, istifadəçilər xüsusi proqram vasitəsilə ətrafda olan əyləncə və istirahət mərkəzləri, otellər, ofislər, tarixi abidələr, restoranlar, menyular, onların qiymətləri və s. barəsində məlumatlar da əldə edəcəklər.

Layihə çərçivəsində ilk olaraq, Android əməliyyat sistemi istifadəçiləri üçün mobil tətbiq hazırlanıb. Daha sonra iOS və Windows Phone istifadəçiləri üçün də  xüsusi proqramların yazılması nəzərdə tutulub. Proqram Microsoft sistemi üzərində, Google Map və E-gov API-ləri üzərindən də istifadə ediləcək. 

Layihə rəhbəri Namət Məmmədzadə Xeberler.az-a bildirib ki,  RobiGuide-ı öz-özlüyündə virtual personaja çevrirmək niyyətindədirlər:

 “Azərbaycan bazarında rəqibimiz yoxdur. Bizim layihənin innovativliyi ondadır ki, ölkəyə gələn turistlərin artıq  turizm agentliklərinə  müraciət etməklərinə ehtiyac qalmır. Artıq bələdçiyə pul ödəməyə ehtiyac yoxdur. Turist  (və ya yerli əhali) bizim proqramı mobil telefona yükləyir. Şəhərə çıxdığı zaman istəyindən aslı olaraq özü axtarıb filtirləyib istiqamət seçir və ya onun telefonuna məlumat gəlir”.

Onun sözlərinə görə, layihə turistlərin işini asanlaşdırmaqla yanaşı, əsas məqsəd olaraq Azərbaycanı tanıtmaq və ölkədə turzimin səviyyəsini qaldırmağa xidmət edəcək:

“Son illər ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər də turist axınına təkan verir. Bunların davamı olaraq Şahmat Olimpiadasını, cari ilin yay aylarında keçiriləcək Formula 1  Avropa Qran-pri yarışlarını qeyd etmək olar. Biz bu layihə vasitəsilə ölkəyə gələn tursitlərin rahatlığını təmin etməklə yanaşı, həm də ölkəmizin füsünkar təbiətinin, tarixi abidələrinin, müasir və gözoxşayan tikililərinin təbliğatına da yardımçı olmaq niyyətindəyik”.

Qeyd edək ki, ilkin mərhələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Fondunun maliyə dəstəyi ilə təqdim olunan layihənin gələcəkdə xarici ölkələrdə də icrası planlaşdırılır. Artıq bununla bağlı Türkiyə, Gürcüstan və Qazaxıstanla danışıqlar aparılır.

RobiGuide Startap Azərbaycan 2015 müsabiqəsində “E-gov mobil tətbiqləri” nominasiyası üzrə qalib olub.

Günel 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RobiGuide Azərbaycana gələn turistlərə bələdçilik edəcək

24-06-2016

Azərbaycanda Turizmin inkişafı məqsədilə online-sistem yaradılıb

13-03-2009

Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

16-02-2016

45 min əcnəbiyə elektron turist vizası verilib

18-02-2016

Turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb

20-04-2015

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015

Qrant alan startaplar -Kim harada, nə edir?

16-02-2017

Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

27-01-2016

“World Summit Award 2015” də yarışacaq layihələrimiz - İcmal

24-08-2015

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- GoTrip

18-04-2016

Səyahətinizi Hipassenger maraqlı və faydalı edəcək

29-09-2015

Azərbaycanın ilk mobil nəşriyyatı istifadəyə verilib

07-10-2015

Qalib startap layihələri nə iş görəcək? - İcmal

01-02-2016

Yeni sosial layihənin təqdimatı keçiriləcək

14-04-2015

Azərbaycan smartfon bazarında “Windows Phone” qurğularının payı 10% təşkil edir

19-11-2013

Turistlərin ölkəmizlə bağlı məlumat əldə etməsi üçün 8 sayt yaradılıb

26-12-2015

Bakı Taksi Xidməti gücləndirilmiş iş rejiminə keçib

27-04-2019

Startapçılarımız beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək

14-10-2016

“Startup Azərbaycan 2015” müsabiqəsində 24 layihə qeydiyyatdan keçib

26-03-2015

3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

01-02-2016

Azərbaycanın turizm portalı fəaliyyətə başlayıb

18-04-2011

“Startap Azərbaycan 2015” in qalibləri kimlərdir?

26-05-2015

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

12-09-2024

Dövlət Fondu II qrant müsabiqəsi elan etdi

14-10-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə