Previous Next
Bağla

RobiGuide Azərbaycana gələn turistlərə bələdçilik edəcək

24-06-2016 12:02
RobiGuide Azərbaycana gələn turistlərə bələdçilik edəcək

Məlumat verdiyimiz kimi, Bakıda keçirilən Formula 1 yarışları çərçivəsində turistlərin və elə yerli sakinlərin də işini asanlaşdırmaq məqsədi olan RobiGuide - elektron bələdçisi istifadəyə verilib.

Qeyd edək ki, layihənin tizer xarakterli təqdimat çarxı təqdim edildi.

RobiGuide layihəsinin rəhbəri Namət Məmmədzadə Xeberler.az-a bildirib ki, əhali son zamanlar Android, iOS, Windows Phone platformaları üstünlük verir.

Onun sözlərinə görə, gün ərzində minlərlə insan müxtəlif tətbiq yükləyir və Azərbaycanda internetin geniş inkişafı, informasiya texnologiyaların tədbiqi, evlərdə və ofislərdə kompüter və mobil avadanlıqdan geniş istifadə olunması elektron xidmətlər üçün yeni imkanla yaradır:

“İşlərin və xidmətlərin internet vasitəsi ilə sifariş olunması və görülməsi imkanı genişlənir. 2014 –cü ilin mayından RobiGuide adlı personaj yarnıb. Bu personaj müxtəlif sosial şəbəkələrdə (Facebook, İnstagram, Twitter və s.) istifadəçilər tərəfindən böyük marağa səbəb olub.Nəzərinizə çatdıraq ki, layihənin Facebook.com saytında 1887 istifadəçi, İnstagram-da isə 2822 izləyicisi var. RobiGuide-un aktuallığını görərək biz yeni bir layihə qurmağa qərar verdik”.

Namət Məmmədzadə layihə barədə də ətraflı məlumat verib:

“ Layihə çərçivəsində biz ilk öncə Bakını və daha sonra ümumilikdə bütün Azəbaycanı tanıtmaq, xaricdən gələnləri və yerli əhalini Azərbaycanın müxtəlif tarixi abidələri , müasir tikililəri  tanış etmək niyyətindəyik. Son iki ildə beynəlxalq  yarışları keçirildi. Bu o deməkdir ki, Azərbaycana çoxlu sayda turist axını oldu və yenidən olacaq. Bu turist axınını ələ alıb onlara düzgün şəkildə köməklik göstərmək niyyətindəyik. Azərbaycanla yanaşı layihənin icrası gələcəkdə xarici ölkələrdə də planlaşdırılıb”.

Layihə rəhbətri deyib ki, RobiGuide yeni bir personajdır və Azərbaycan bazarında rəqibi yoxdur:

“Layihəmizin innovativliyi ondadır ki, ölkəyə gələn turistlərin artıq turizm agentliklərinə müraciət etmələrimə ehtiyac qalmır, bələdçiyə pul ödəməyə ehtiyac yoxdur.Turist (və yerli əhali) bizim tətbiqləri mobil telefonlarına yükləyir və bu elektron xəritə ilə bütün şəhəri sasnlıqla özü üçün kəşf edir. RobiGuide ilk öncə Bakı, daha sonra Azərbaycan və daha sonra inkişaf etdikcə müxtəlif ölkə və şəhərlərdəki abidələri, binaları, restoranları, əyləncə mərkəzlərini, ofisləri və s. daha dəqiq tapa və həmən obyekt barəsində ətrafli səkildə səsli və yazılı şəkildə RobiGuide -nin izahı ilə məlumat verəcək. Məlumatlar istifadəçinin istəyindən aslı olaraq əvvəldən secilərək Azərbaycan, rus və ingilis dillərində və istifadə qaydasından aslı olaraq səsli və yazı formasında istifadəciyə təqdim olunacaq. Günün əyləncə saatlarında ətrafınızda olan əyləncə obyektləri, yemək vaxtlarında isə restoranlar, hansı menyunun olması, qiymətləri barədə məlumatlar alacaqsınız”.

O, layihənin inkişaf perespektivlərinə də toxunub:

“Layihə çərçivəsində həyata keçirilən tədbirlər arasında proqram təminatının və xüsusi modulların hazırlanması nəzərdə tutulub. 2016-2017-ci illərdə layihənin regionlarda genişlənməsinə başlanacaq və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçiriləcək. Əsasən məqsədlərimiz regional nümayəndəliklərinin yaradəlması, regionlarda fəaliyyət göstərən biznes subyektlərinin (şirkətlərin, startapların və sahibkarların) bu prosesdə iştirakını genişləndirməkdir.

Onun sözlərinə görə, Azərbaycanın əsas görməli yerləri avtomatik şəklində RobiGuide-in siyahısında olacaq:

“Reklam modelində müştərinin qarşısına üç növ tarif təqdim olunacaq : 3 aylıq, 6 aylıq ,1 illik. Burada RobiGuide-n əlavə “görməli yerlər” siyahısına daxil olmaq istəyən obyekt (kafe, restoran və digər) sahibləri ilə bu tip müqavilə bağlanılacaq. Xidmət modeli 3 növ paketdən ibarətdir : 1) Free – pulsuz paket ; 2) Premium ( temporary ) – qısa müddətlik ( bir neçə günlük ) gələn turistlər üçün nəzərə alınıb ; 3) Premium ( Advanced) - bir aydan çox müddət qalacaq turistlər üçün nəzərdə tutulub.

Namət Məmmədzadə layihənin istifadəçi auditoriyası, hədəf kütləsi, potensial müştəriləriniz barədə məlumat verib:

“Bizim əsas müştərilərimiz xaricdən gələn 15-74 yaş arasında olan turistlər və 18-50 yaş arasında olan yerli əhalidir.  Azərbaycanda 2003-2013-cü illər ərzində əsas turizm göstəriciləri ən azı 3-5 dəfə artıb. Bu faktlar bir daha belə bir layihənin aktuallığını subut edir və onun nə dərəcədə gəlir gətirəcəyini prognozlaşdırmağa kömək edir”.

Proqramı buradan yükləyə bilərsiniz.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RobiGuide Formula 1 iştirakçılarına dəstək verir

03-05-2016

Qalib startap layihələri nə iş görəcək? - İcmal

01-02-2016

Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

16-02-2016

Startapçılarımız beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək

14-10-2016

“World Summit Award 2015” də yarışacaq layihələrimiz - İcmal

24-08-2015

Tələbəmiz kurs işi əvəzinə kod yazdı

24-12-2015

“Startap Azərbaycan 2015” in qalibləri kimlərdir?

26-05-2015

Yeni sosial layihənin təqdimatı keçiriləcək

14-04-2015

Turistlərin ölkəmizlə bağlı məlumat əldə etməsi üçün 8 sayt yaradılıb

26-12-2015

3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

01-02-2016

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015

2-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb

23-01-2015

Qrant alan startaplar -Kim harada, nə edir?

16-02-2017

45 min əcnəbiyə elektron turist vizası verilib

18-02-2016

Elektron vizaların verilməsində dəyişiklik edildi

16-12-2012

Hər kəs bilik və təcrübələrini paylaşa biləcək

06-03-2015

Səyahətinizi Hipassenger maraqlı və faydalı edəcək

29-09-2015

Azərbaycanda Turizmin inkişafı məqsədilə online-sistem yaradılıb

13-03-2009

Ustam layihəsinin təqdimatı keçirildi-Fotolar

13-09-2015

Olduğunuz yeri paylaşın, endirim qazanın- Yeni layihə

30-06-2017

Onbranch bazarda uğur qazanacaqmı?

06-05-2017

Dərman tapmağa kömək edən MedNot

22-10-2015

Bakcell Huawei ilə yeni layihəyə başladı- Fotolar

07-06-2016

Azərbaycanda milli genişzolaqlı internetin inkişafı üzrə Dövlət Proqramının icrasına yaxın bir ay ərzində başlanıla bilər

01-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə