Xəbər verdiyimiz kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafına Dəstək Dövlət Fondunun rəhbərliyi ilə Startap Azərbaycan komandası üzvlərinin görüşü keçirilib.
Startap Azərbaycan Təşkilat Komitəsindən Osman Gündüz Xeberler.az-a bildirib ki, Fondun rəhbərliyi ilə startap komandalarının görüşü səmərəli və faydalı olub.
Onun sözlərinə görə, görüşdə Startap Azərbaycan komandasının üzvləri çoxlu sayda maraqlı təkliflər irəli sürüblər, mövcud problemlər və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb. “ Bu təkliflər startapların mövcud durumunun daha da inkişaf etdirilməsi, startaplara dövlət dəstəyinin gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, investorlarla əlaqələrin gücləndirilməsi, layihələrin ekspertizasının təkmilləşdirilməsi, həmçinin daha maraqlı və cəlbedici startap layihələrin üzə çıxarılması və onlara daha böyük məbləğdə qrantlar ayrılması istiqamətində olub”.
Osman Gündüz qeyd edib ki, yekunda bu təkliflərin sistemləşdirilməsi və hökumətə təqdim edilməsi nəzərə alınıb. Bu məqsədlə görüşdə səsləndirlən təkliflərin Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə daha geniş tərkibdə müzakirə edilməsi məqsədəuyğun hesab edilib.
Görüşdə Startap Azərbaycan komandasının üzvləri, ekspertlər və İT-nin İnkişafına Dəstək Dövlət Fondunun rəhbərliyi iştirak edib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri