Previous Next
Bağla

Bakutel 2015-də 200-dən artıq şirkətin iştirakı gözlənilir

14-09-2015 18:07
Bakutel 2015-də  200-dən artıq şirkətin iştirakı gözlənilir

Azərbaycanda Bakutel 2015 sərgi və konfransı keçiriləcək.

Regionun ən böyük tədbirlərindən biri olan Bakutel  sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır.
 
Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Rabitə sahəsində Regional Birlik kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı Bakutel sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində Iteca Caspian və Caspian Event Organisers (CEO) şirkətləri çıxış edirlər.
 
Xeberler.az-ın məluamtına görə, artıq bu günə qədər Azərbaycan, Rusiya, Fransa, ABŞ və digər ölkələri təmsil edən 200-dən artıq şirkət sərgidə iştirak edəcəklərini təsdiqləyiblər. İştirakçıların 40 faizi Bakutel sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır.
 
Ənənəvi olaraq, sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Ümumilikdə, sərgidə 15 milli stendin iştirakı gözlənilir və Belarus, Macarıstan, İsrail, İran, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Xorvatiyanın iştirakı isə artıq təsdiq edilib. Bundan başqa, sərginin debütantları arasında Rusiya, ABŞ və Türkiyənin bir sıra aparıcı şirkətləri də yer alır. Sərginin qeydiyyat üzrə sponsoru Eurodesign şirkətidir.
 
Regionda İKT sektoru üzrə ən böyük tədbir olan bu sərgi çərçivəsində gənc mütəxəssislərə öz ixtiraları, proqram və xidmətləri barədə danışmaq üçün imkan yaradılır və artıq bu, ənənə halını almışdır. Ötən il olduğu kimi, bununla əlaqədar sərgidə startap şirkətlərə iş üçün xüsusi yer ayrılmışdır. Bütün startap şirkətlər Bakı Ekspo Mərkəzinin ikinci zalında, Yüksək Texnologiyalar Parkının stendində yerləşəcək. Ekspo Mərkəzinin üçüncü zalında isə İKT texnologiyaları sahəsi üzrə dövlət layihələri təqdim olunacaq.
 
Sərginin işini daim müşayiət edən geniş işgüzar proqram Bakutel sərgisinin səciyyəvi cəhətidir. Çoxsaylı görüşlər, forumlar və konfranslar bütün dünyada İKT sahəsi üzrə ən son təmayülləri, eləcə də Azərbaycanda İKT sektorunun inkişaf perspektivlərini müzakirə etməyə imkan verir. Beləliklə, ölkənin İKT sahəsi bu sektor üzrə əsas tədbiri – beynəlxalq Bakutel sərgisini intizarla gözləyir və bu tədbirə hazırlaşır. Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar sərginin bütün iştirakçı və ziyarətçilərinin yolunu gözləyir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakutel 2015-də iştirak edəcək ölkələrin adı təsdiqlənib

26-10-2015

Sabah Bakutel 2015 sərgisi keçiriləcək

01-12-2015

Bakutel 2015 - Fotolarda

02-12-2015

İlham Əliyev Bakutel-2016 sərgisi ilə tanış olub-Foto

30-11-2016

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017

“Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq

22-11-2013

Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

17-11-2018

“Yeni həyat: texnologiyalardan incəsənətə”

10-11-2014

Gələn il Bakutel sərgisinin keçiriləcəyi tarix açıqlandı

17-12-2015

İlham Əliyev Bakutel sərgisi ilə tanış olub-Foto

06-12-2017

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018

“Bakutel-də İKT şirkətlər arasında ciddi rəqabət olur”

02-11-2016

“Bakutel-2014” sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edəcək

02-12-2014

Bu gün Bakutel sərgisinin son günüdür

05-12-2015

Bakutel-də nələr olacaq?-Proqram

28-11-2016

Bakıda 16-cı “BakuTel” sərgi və konfransı keçiriləcək

11-11-2010

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010

“Bakutel aparıcı biznes rəhbərlərinin görüş yeridir”

05-12-2017

Dünyanın 100-dən artıq şirkəti Bu gün Bakutel 2009-da bir araya gəldi

04-11-2009

Bakutel 2015 sərgisi işə başladı

02-12-2015

Bakutel-2018 bir sıra yeniliklərlə yadda qaldı

08-12-2018

Bakutel-in rəsmi saytı yenilənib

18-10-2016

“BakuTel-2010” sərgisində İKT yeniliklərinin naviqatoru

21-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə