Nettrends şirkəti son vaxtlarda Azərbaycanın ən tanınan və artıq gəlir gətirməyə başlayan startaplarından olub.
“Startup Azərbaycan 2013”-ün qalibi olan Nettrends layihəsi yerli bazarda öz unikallığı və intelektuallığı ilə fərqlənirdi.
Xəbərlər-in məlumatına görə, son günlərdə müştəri sayı 50-yə yaxın olan şirkətin həmtəsisçiləri arasında ciddi narazılıqlar baş verib, hətta dava düşüb. Onlar arasındakı anlaşılmazlıqlar hələ də davam edir. Artıq problemin məhkəmə səviyyəsində həll edilməsi üçün iddia da qldırıldığı bildirilir.
Bizdə olan məlumata görə, həmtəsisçilər arasındakı narazılıq Nettrends şirkətinin parçalalanmasına səbəb olub. Və nəticədə də artıq bir neçə gündür ki, Nettrends.az resursu da fəaliyyət göstərmir.
Bildirildiyinə görə şirkətin üç təsisçisi olub.
Nettrends-in iki həmtəsisçi, Samir Qənili və hələlik adını dəqiqləşdirə bilmədiyimiz digər həmtəsisçi tərəfindən Nettrends-in proqram təminatını başqa serverə köçürərək , layihənin başqa bir həmtəsisçisi və ideya rəhbəri, həmçinin texniki direktoru Elşad Yusiflinin xəbəri olmadan yeni bir “Kalibri Media Pro" MMC sirkəti yaradıblar.
Həmçinin müştərilərə zəng edilərək Nettrends-in guya rebrendiq edilərək yeni şirkət adı altında fəaliyyətə başladığı qeyd edilib.
Hazırda görünən budur ki, fəaliyyəti dayandırılan Nettrends-in əvəzinə digər həmtəsisçilərin yaratdığı “ Kalibri Media Pro" MMC sirkəti kalibri.az dömeni altında fəaliyyətini davam etdirir. Tərəflər arasındakı narazlıqlar isə davam edir.
Artıq həmtəsisçi və texniki direktor Elşad Yusiflinin məhkəməyə müraciət etdiyi bildirilir.
Xəbərlər məsələ ilə bağlı vəziyyəti araşdırır və tərəflərin münasibətini yaxın vaxtda ictimaiyyətə təqdim edəcək.
Həmtəsisçilərin bu problemlə bağlı münasibətlərini buradan oxuya bilərsiniz -Red.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri