Previous Next
Bağla

Nettrends nə üçün parçalandı ?

03-03-2015 16:04
Nettrends nə üçün parçalandı ?

Elşad Yusifli: “Həmtəsisçilər mənimsədikləri pulu və şirkətin mənə olan digər borclarını ödəməlidirlər”.

Xeberler.az Nettrends şirkətinin parçalanması və fəaliyyətini dayandırması ilə bağlı vəziyyəti araşdırıb və tərəflərin münasibətini öyrənib.

Nettrends layihəsinin ideya rəhbəri və texniki direktoru Elşad Yusifli baş verən hadisə ilə bağlı Xəbərlər.az-a bildirib ki, Nettrends-dən istifadə olunan və onun tərəfindən tərtib olunan proqram təminatı gizlin olaraq başqa serverə köçürülüb.

Onun sözlərinə görə, Nettrends proqram təminatı əsasında  “Kalibri Media Pro” adlı yeni şirkət  yaradılıb. Elşad Yusifli  baş verən hadisəni müştərilərdən birindən təsadüfi öyrəndiyini deyib: “Bütün bu hadisələrin baş verməsinə səbəb şirkətin idarəçilik işlərini həyata keçirən həmtəsisçilərin şirkətin pulundan öz mənfəətləri üçün istifadə etmələri olub. Digər həmtəsisçilər mənimlə məsləhətləşmədən öz istədikləri kadrları yüksək maaşla işə götürüblər. Şirkət daxilində dözülməz mühit yaradıblar. Ona görə, bu məsələni şəriklərin ayrılması və yaxud iki ayrı rəqib şirkətin yaranması kimi qələmə vermək olmaz”.

Elşad Yusifli əvvəl şirkətin hər üç həmtəsisçisinə məxsus Kalibri Media MMC adli ikinci bir sirkət yaratdıqlarını da deyib. O bildirib ki, yeni yaradılan Kalibri Media Pro MMC sirkəti onun xəbəri olmadan təşkil olunub və ad da belə qeyd olunub ki, o, ətrafda bu barədə olan məlumatlardan şübhələnməsin. Elşad Yusifli onin icazəsi və istəyi olmadan yaradılan Kalibri Media Pro MMC sirkətinə qarşı tələblər irəli sürüb. O deyib ki, Kalibri Media Pro MMC  Nettrends-in rebrending edilmiş forması kimi təqdim edildiyinə görə bağlanmalıdır. Bu, yalan və saxta hərəkətlərlə qurulmuş şirkətdir. Elşad Yusiflinin “Kalibri Media Pro MMC “ şirkətindən tələblər edib:

“Həmtəsisçilər mənimsədikləri pulu və şirkətin mənə olan digər borclarını ödəməlidirlər. Nettrends brendinin bütün haqları mənə verilməldir.  Çünki, proqram təminatının müəllifi mənəm və proqram da mənə aiddir”.

Elşad Yusifli həmçinin Nettrends şirkətininin bilərəkdən batırlmasının pərdəarxasını şərh edib: “Məndən gizli Nettrends-dəki əmək müqaviləmə xitab verilib, müəllifi olduğum proqram təminatının digər şirkətin serverinə qurulub, Nettrends işçilərinə "Elşada deməmək" haqqında təhdid edilib, yeni yaratdıqları şirkəti müştərilərə "rebrending" adı altında təqdim edərək, aldadıblar”.

Elşad Yusufli tərəfindən bu məsələdə adı hallandırılan və həmtəsisçi olduğu iddia edilən   Anar Cahangirli Xəbərlər.az-a bildirib ki, onun heç bir şirkətdə həmtəsisçiliyi, hüquqi bağlılığı olmadığı üçün məsələyə aidiyyiatı da yoxdur.

“Nettrends hər hansı təsisçinin malı deyildir”

Nettrends-in həmtəsisçilərindən Samir Qənili isə məsələyə belə münasibət bildirib:

“Keçən il iyunun 11-də Elşad Yusifli mail yazaraq tam olaraq bəyan etmişdi ki, Nettrends MMC-nin fəaliyyəti dayansın və hər bir təsisçi istədiyi kimi bundan sonra öz fəaliyyətini davam etdirsin. Digər iki təsisçi də artıq uzun müddətdir təsisçilər arasında razılaşdırıla bilməyin ümümi şirkət strategiyası və s. hallarını nəzərə alaraq Elşad Yusiflinin təklifinə etiraz etməyib.  Nettrends MMC nin direktoruna şirkət fəaliyyətinin dayandırılması istiqamətində iş aparılması tapşırılıb. Burada müştərilər qarşısında olan hüquqi və maddi öhdəliklər, debitor və krektiror, vergilər və s bunun kimi məsələlərin həll edilməsi zəruridir. İyun ayından etibarən bu proses gedir və mənim məluatıma görə artıq yekunlaşmaq üzrədir”.

Samir Qənili bildirib ki, Elşad Yusifli bir ara proqram təminatının ona aid olduğunu filan iddia edirdi, amma sonradan özü də anladı kı bu proqram Nettrends MMC -nin məhsuludur: “Bu  hər hansı bir təsisçinin malı deyildir. Biz hüquqi normlarla idarə olunan bir dövlətdə yaşayırıq və Elşad bəyin əgər ona qarşı haqsızlıq edildiyini düşünürsə təbii ki hüquq çərçivəsində həll axtarmaq haqqı vardır. O ki qaldı mənim şəxsi gələcək fəaliyyətimə sizin Xeberler.az   vasitəsi ilə bəyan edirəm ki, Samir Qənili olaraq bundan sonra Azərbaycanda və ya hər hansı digər xarici ölkələrdə heç bir media monitoring fəaliyyəti ilə məşqul olmayacam”.

Samir Qənili gələcək planından da söz açıb:  “Biznes sahəsi artıq mənim üçün maraqlı deyil”. Planımda var ki , Amerika Birləşmiş Ştatlarında digər biznes sahəsi çərçivəsində əmək fəaliyyətimi davam etdirəcəyəm”.
Samir Qənili də Anar Cahangirlinin Nettreds-də təsisçi olmadığını bildirib.

Məsələdə adı hallanan digər həmtəsisçi Rüstəm Rəhimli ilə bir neçə dəfə əlaqə yaratmaq istəsək də cəhdlərimiz baş tutmadı.


Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nettrends qayıdır” - Elşad Yusiflidən açıqlama

16-03-2015

Nettrends parçalandı və fəaliyyətini  dayandırdı

03-03-2015

Startapların hüquqi problemləri müzakirə olunacaq

05-03-2015

Onlayn mediada mobil operatorlarla bağlı yazılan yazıların sayı məlum olub

27-03-2014

Tanınmış startapçılarımız tələbələrlə görüşəcək

04-12-2015

Tələbələrlə startapçıların görüşü keçirilib

08-12-2015

“İşlər nə qədər avtomatlaşdırılsa da, insan resursunun rolu azalmayacaq”

02-09-2015

Startup Azərbaycan ADA Toplantısı keçirilib

02-05-2014

Onbranch bazarda uğur qazanacaqmı?

06-05-2017

Startap Günləri davam edir-Foto

26-05-2018

Yerli biznes qurumlarında blokçeyndən istifadə müzakirə olundu

28-06-2018

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

05-05-2014

Startup Azərbaycan XƏZƏR Toplantısı keçirilib

29-04-2014

Elşad Hacıyev: Vətəndaşlarımız sosial şəbəkədəki informasiyalara diqqətli yanaşsınlar

20-09-2023

Qadınlar üçün növbəti İT seminar keçiriləcək

13-08-2015

Yerli startapımız Türkiyədə də xidmətə başladı

25-12-2017

“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

27-05-2014

13 startap komandasının təqdimatı - Fotolarda

02-05-2015

Elşad Yusifli: “Dublin sammitinə 28 min insan qoşulmuşdu”

27-11-2014

Startap Günləri davam edir-Foto

07-04-2018

Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

31-01-2025

“OpenAI” İlon Maska qarşı əks-iddia qaldırıb

10-04-2025

StartupFest 2019-a start verilib

21-11-2019

Əli Abbasov TeliaSonera-nın Azərbaycandan getməsindən danışdı

19-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə