Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu il Bakı 2015 Avropa Oyunları zamanı ölkədəki İnternet və informasiya mübadiləsinin vəziyyəti haqqında məlumat verib.
O, xeyli sayda qonaqların İnternetdən sərbəst və əlçatan formada istifadəsinin, həmçinin Oyunlarla bağlı ölkə daxilində və qlobal dünya ilə normal informasiya mübadiləsinin təmin edilməsinin, xüsusilə də kiberhücumlardan qorunmanın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Osman Gündüz artıq rəsmi qurumlar tərəfindən bu istiqamətdə müəyyən açıqlamaların da verildiyini diqqətə çatdırıb.
O qeyd edir ki, bu yaxınlarda informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla bağlı keçirilən beynəlxalq konfransda da kütləvi tədbirlər zamanı kiberhücumların qarşısının alınması istiqamətdə müzakirələr aparılıb. Osman Gündüz konfransda Xüsusi Dövlət Mühafizə Xidmətinin yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT qurumu tərəfindən Bakı 2015 Avropa Oyunları zamanı İnternet və informasiya təhlükəsizliyi məsələlərinə geniş yer verildiyini diqqətə çatdırıb.
Osman Gündüzün sözlərinə görə, rəsmi qurumlar tərəfindən oyunlar zamanı kiber təhlükələrdən qorunmaq məqsədilə kompleks tədbirlər görülür.
O, eyni zamanda əvvəlki illərdən fərqli olaraq bu prosesə daha çox sayda dövlət və özəl sektor qüvvələrinin cəlb edildiyini bildirib. Baş verə biləcək hər hansı hadisələrlə bağlı konkret məsuliyyət daşıyan qurumların da müəyyən edildiyini deyib.
Osman Gündüz ölkəmizin kütləvi tədbirlər zamanı kibertəhlükələrdən qorunmaqla bağlı təcrübəsinin də olduğunu vurğulayıb. “Biz artıq bir neçə dəfə hansısa ciddi kiber hadisə baş vermədən kütləvi tədbirlər keçirmişik. Güman ki, məsul qurumlar həm bu təcrübədən, həm də beynəlxalq miqyasda təşkil olunan digər kütləvi tədbirlərdə kibertəhlükələrdən qorunmaq təcrübəsindən istifadə edəcəklər.” – Osman Gündüz qeyd edib.
O, həmişə olduğu kimi bu tip kütləvi tədbirlərdə də hücum hədəflərinin Oyunların əsas İnternet resursunun, Oyunlarla əlaqəli işləyən şirkət və qurumların İnternet resurslarının, həmçinin əhəmiyyətli dövlət qurumlarının saytlarının ola biləcəyini vurğulayıb.
Osman Gündüz bildirib ki, son dövrlərdə xaker hücumlarının daha sistemli və yeni keyfiyyətdə həyata keçirilməsini nəzərə alsaq, hücumlarla bağlı qabaqlayıcı tədbirlərin gücləndirilməsi, İnternet və informasiya infrastrukturunun alternativlər üzərində qurulması vacibdir.
“Artıq Oyunlar zamanı İnternet təhlükəsizliyinin və normal informasiya mübadiləsinin təmin edilməsi üzrə sistemli formada Monitorinqlərin aparılacağı bildirilib. Monitorinqin dörd qurum tərəfindən həyata keçiriləcəyi qeyd edilib” – Osman Gündüz vurğulayıb.
Osman Gündüz Oyunlar ərəfəsində sosial medianın, İnternet medianın normal fəaliyyətinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu ərəfələrdə RYTN Elektron Təhlükəsizlik Mərkəzi və XDMX Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi Dövlət Agentliyinin üzərinə daha ciddi vəzifələr düşür.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri