2015-ci ildə “Samsung” şirkəti elastik displey istehsal edəcək

07-11-2013 / 23:16

Cənubi Koreyanın “Samsung” şirkəti 2015-ci ildə elastik displey istehsal edəcək.

Bu barədə şirkətin vitse-prezidenti Kvon O Hyun Seulda keçirilmiş təqdimatda söz verib. Onun sözlərinə görə, mobil rabitə sahəsində bəzi texnologiyaları təkmilləşdirmək üçün şirkətə təxminən iki il vaxt lazım olacaq.

“Samsung Electronics” şirkəti informasiya-kommunikasiya texnologiyaları tətbiq etməklə, həmçinin yaxın on il ərzində tibb avadanlığı istehsalı sahəsində liderə çevrilməyi qarşısına məqsəd qoyub. Kvon Hyun, həmçinin şirkətin 2020-ci ilədək illik satış həcmini 400 milyard dollara qədər artırmaq planı barədə bildirib. (ictnews.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə