Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.
Xeberler.az-ın məlumatına görə, statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin dekabr ayının 31-ə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 3,614,775 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı isə 1,137,975 nəfər olub. Belə ki, 1,137,975 nəfər ümumən 3,614,775 dəfə portala baxıb və 6,711,902 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 14,557,151 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 35 saniyə olub.
2014-cü ilin yanvar ayının 1-dən dekabr ayının 31-ə dək olan zaman kəsiyində isə portala daxil olmaların sayı 3,158,063 olub. Bu dövr ərzində ümumən 890,804 nəfər portala müraciət edib. Onlar 12,965,606 dəfə müxtəlif səhifələrə keçid ediblər, 5,962,572 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 50 saniyə olub.
Dekabr ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 359,320 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 103,739 nəfər olub.
Portala daxil olmaq üçün sadələşdirilmiş parol alan istifadəçilərin sayı bu gün 161,239-ə çatıb.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri