Elektron ünvanlarda @ işarəsini tez-tez işlədirik.
Xeberler.az bildirir ki, kiməsə e-ünvan verəndə və ya məktub göndərəndə @ işarəsi mütləq yazılır. Bəs bu işarənin mənası nədir, tarixi haradan başlayır?
@ işarəsindən 473 il əvvəl indikindən fərqli məqsədlər üçün istifadə edirdilər. @ işarəsinin məlum olan ilk istifadəsinə 4 May 1536-cı ildə Francesco Lapi adlı Florensiyalı bir tacirin yazdığı məktubda rast gəlinir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsindən istifadə etmişdi. O vaxtlarda, bir çəlləyin 13-də birinə bərabər olan ticari ölçü kimi işlənən @ işarəsi sonralar kompüterlərdə istifadə edilir. İstifadəsi zamana görə dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün işlədilməyə başlanılır. İnsanlar “dənəsi 10 qəpikdən 5 məhsul” kimi tarifi işlətmək əvəzinə “5 məhsul @ 10 qəpik” deməyə başlayıblar.
1971-ci ildə Ray Tomlinson @-nın istifadəsinin e-poçt serverlərindəki istifadəçiləri təyin etmək üçün uyğun olduğuna qərar verdi. 1980-ci ildə isə @ işarəsi beynəlxalq standart kimi qəbul edilib. Həmin illərdən etibarən isə bu işarə kütləvi şəkildə istifadə edilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri