A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018 / 17:33

Azərbaycanda Azercell Telekom-un Barama mərkəzinin dəstəyi ilə A’Startap Sammiti keçirilir.

Xeberler.az bildirir ki, ölkədə  sahibkarlığa dəstək vermək məqsədilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir layihə həyata keçirməyi planlaşdırır.

Belə ki, mərkəz Aforyouth təşkilatı ilə birlikdə Azercell və PAŞA Bank-ın baş sponsorluğu ilə 18-20 iyul tarixlərində Bakıda A’Startap Sammiti 2018 və intensiv seminar keçirəcək. 3 günlük tədbir sahibkarların, gənc liderlərin biznes və yaradıcılıq bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunur. Tədbirin ilk günü işgüzar əlaqələrin qurulmasına həsr olunacaq: beynəlxalq arenaya çıxmağa can atan 45 yerli sahibkar bir-birini tanımaq və gələcək potensial tərəfdaşlarla əlaqələr qurmaq imkanı əldə edəcək.

Məlumat verək ki, komandanın formalaşmasından sonra müxtəlif biznes metodlarından istifadə edərək problemin müəyyənləşdirilməsi həyata keçiriləcək. Sammitin ikinci günü gənc startapları narahat edən problemlərin müzakirəsinə və onların həlli istiqamətində müəyyən tövsiyyələrin verilməsinə həsr olunacaq. Tədbirin sonuncu günü isə Azərbaycanın biznes icması üçün açıq gün olacaq və iştirakçılar son iki gündə formalaşdırdıqları startap ideyalarını müvafiq şirkətlərə təqdim edəcəklər.

A’Startup Summit 2018 tədbirində iştirak etmək üçün bu linkə daxil ola bilərsiniz. Yerlərin sayı məhduddur.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi zəngin təcrübə, peşəkar mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyinə malik olması ilə fərqlənir. Barama İT layihələri, Bulud Hesablamalar (Cloud Computing) və Biznes Həlləri, Oyunlar, IOT, Fintech, Kənd Təsərrüfatında İnnovativ Həllər, Virtual Reallıq, İnkişaf Etmiş Reallıq və Süni İntellekti dəstəkləyir.

Həmçinin mərkəz Azərbaycanda bir sıra yüksək səviyyəli beynəlxalq yarışların təşkilatçısıdır, startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək göstərir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.