ABA: “Card-to-card” əməliyyatları ilə bağlı yeni tələblər müəyyən ediləcək

19-11-2025 / 11:45

“Card-to-card” tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə yeni tələblər müəyyən ediləcək.

Xeberler.az məlumat verir ki, bunu IX Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

O bildirib ki, yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyası qorunub saxlanılmalıdır.

Onun sözlərinə görə, mövcud inkişaf tendensiyasının davamlı olması üçün iqtisadiyyatda nağd hesablaşmaların daha geniş şəkildə nağdsız dövriyyəyə cəlb edilməsi zəruridir.

Zakir Nuriyev bildirib ki, son günlər ictimai nəqliyyatda ödəniş kartları və tokenizasiya xidmətinin tətbiqi ilə rəqəmsal ödənişlərin aparılması imkanının yaradılması sektorda mühüm irəliləyişdir və bu addım rəqəmsal ödənişlərin payının artmasına əhəmiyyətli töhfə verəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə