ABŞ Ədliyyə Nazirliyi “Google”dan “Chrome”u satmağı tələb edir

08-03-2025 / 09:26

ABŞ Ədliyyə Nazirliyi “Google”a qarşı “Chrome” brauzerinin sahibliyindən imtina etməsini tələb edən yeni iddia qaldırıb.

Xeberler.az bildirir ki, bu barədə “Washington Post“ məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyi brauzerin satılmasını və digər şirkətlərlə öz məhsullarında “Google”un axtarış sistemindən istifadəsi ilə bağlı müqavilələrin bağlanmasına qadağa qoyulmasını tələb edib.

ABŞ hökuməti “Google”u inhisar statusundan məhrum etməyə çalışır. Rəsmilərin fikrincə, bu, potensial rəqiblərin internet axtarışının əhəmiyyətli bir hissəsinə nəzarət etməsinə mane olur.

Qeyd edək ki, 2024-cü ilin noyabrında ABŞ Ədliyyə Nazirliyi bənzər tələblərlə artıq məhkəmələrə müraciət edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə