“Acer” şirkəti Donald Trampın rüsum siyasəti səbəbindən ABŞ-da notbuk qiymətlərini 10 faiz artıracaq.
Xeberler.az bildirir ki, “The Telegraph” nəşrinin məlumatına görə, bunu şirkətin baş direktoru və İdarə Heyətinin sədri Ceyson Çen deyib. Onun sözlərinə görə, “Acer” bu addımı ABŞ Prezidentinin ölkəyə idxal olunan bütün məhsullara yüksək rüsumlar tətbiq etmək planları səbəbindən atıb. Tayvan istehsalçısı, həmçinin notbuk istehsalını ABŞ-a köçürməyi nəzərdən keçirəcək.
Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent Çin, Kanada və digər ölkələrdən idxal olunan mallara rüsumun ABŞ-da istehsal bazasını bərpa etmək məqsədilə tətbiq olunduğunu vurğulayıb.
Qeyd edək ki, Amerikaya idxal edilən notbukların təxminən 80 faizi Çin istehsalıdır. İstehlak Texnologiyaları Assosiasiyası tariflərin ABŞ istehlakçılarına 143 milyard dollara başa gələcəyini və satışların azalmasına səbəb olacağını proqnozlaşdırır.
Avropa isə Vaşinqtonun başlatdığı ticarət müharibələrinin nəticələrinin regiona ağır zərbə vura biləcəyindən narahatdır. Belə ki, Donald Trampın tətbiq etdiyi idxal tarifləri fonunda Çin Avropa İttifaqında süni qiymət azaldılmasına - dempinqə başlaya bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri