ABŞ-da “iPhone”un istehsalının dəyəri hesablanıb

10-04-2025 / 08:48

Əgər “iPhone” ABŞ-da istehsal olunmağa başlansa, onun qiyməti üç dəfə artacaq.

Xeberler.az bildirir ki, bu haqda CNN məlumat yayıb.

Məlumatda deyilir ki, əgər “Apple” şirkəti öz mobil telefonlarını Qərbi Virciniya və ya Nyu-Cersidəki zavodda istehsal etmək qərarına gəlsə, cihazın qiyməti 3500 dollar olacaq.

Məlumatda həmçinin qeyd olunur ki, əgər şirkət istehsalının yalnız 10 faizini ABŞ-a köçürsə, bu, üç il vaxta və 30 milyard dollara başa gələcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara tətbiq olunan rüsumları 125 faizə qaldırdığını açıqlayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə