Previous Next
Bağla

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016 15:55
Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

Kaspersky Lab şirkətinin məlumatına əsasən, iri şirkətlər üçün informasiya təhlükəsizliyi ilə bağlı hər hansı bir insident 891 min ABŞ dolları, kiçik və orta bizneslər üçün isə 86,5 min dollar məbləğində zərərə gətirib çıxarır.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, müəyyən olunub ki, 2015-ci ilin yazından 2016-cı ilin yazınadək dünyada bütün təşkilatlar müxtəlif kiberhücumların qurbanı olub. Şirkətlərin 1/3 hissəsindən çoxu əməkdaşların İT resurslarından düzgün istifadə etməməsi və ya zərərli proqlamlara yoluxma biznesin aşağı məhsuldarlığına səbəb olub.

Dəymiş zərərin məbləğini hesablamaq məqsədilə Kaspersky Lab şirkəti təşkilatlardan onlara qarşı edilmiş ciddi kiberinsidentlərin səbəb olduğu itkiləri qiymətləndirməyi xahiş edib. Şirkətlər itirdikləri işlərə görə əldə edə biləcəkləri mənfəəti, həmçinin kiberhücumlarla mübarizəyə xərclədikləri məbləği hesablayıblar.

Eyni zamanda, bura işçiləri əlavə işlədikləri vaxta görə edilən ödənişə, təhlükəsizlik sisteminin yaxşılaşdırılmasına, kənardan mütəxəssislərin cəlb olunmasına, yeni işçilərin işə götürülməsinə, informasiya təhlükəsizliyi barədə təlimlərin təşkilinə, şirkətin nüfuzunu bərpa etmək üçün aparılan PR-aktivliklərə çəkilən xərclər də daxil edilib. İri şirkətlər gələcəkdə baş verə biləcək bu cür hücumların qarşısını almaq üçün orta hesabla xarici ekspertlərə 86 min dollar, işçilərin təlimatlandırılması üçün isə 79 min dollar xərcləyir. Bu göstəricilər iri olmayan təşkilatlar üçün müvafiq olaraq 11 min və 7 min dollardır. Xərclərin bu iki mərhələsi ümumi zərərin sadəcə 1/5 hissəsini təşkil edir.

“Biznes sahibləri çox gözəl anlayırlar ki, sadəcə bir kiberinsident hansı nəticələrə gətirib çıxara bilər. Belə ki, iri olmayan şirkətlərin 59%-i, iri şirkətlərin isə 62%-i bu xərclərin çıxarıb çıxarılmamasından asılı olmayaraq korporativ informasiya təhlükəsizliyi sistemlərini inkişaf etdirməyə hazırlaşır. Lakin hücumlarla uğurlu mübarizə üçün etibarlı təhlükəsizlik vasitələri ilə yanaşı tez reaksiya vermək bacarığı da lazımdır: şirkət insident haqqında nə qədər gec şübhələnirsə, nəticələrin aradan qaldırılması xərcləri də bir o qədər çox olur. Bizneslər onlara zərər verə biləcək hadisələrə qarşı sürətli reaksiyavermə bacarıqlarını inkişaf etdirməlidirlər, bunun üçün isə müəyyən biliklərin olması qərəkdir. Məhz buna görə də biz şirkətlərə İT təhlükəziliyi təmin etmək üçün korporativ büdcənin həcmindən asılı olmayaraq effektiv alətlərlə yanaşı kiberhücumların aşkar edilməsi üzrə sahib olduğumuz təcrübə və bilikləri təqdim edirik”, - deyə Kaspersky Lab şirkətinin Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə icraçı direktoru Sergey Zemkov bildirib.

İstənilən miqyaslı müəssisənin kompleksli müdafiəsi üçün Kaspersky Lab şirkəti “Business Kaspersky Security” universal təhlükəsizlik platformasını təklif edir. Bura İT infrastrukturun hər bir elementini geniş miqyaslı təhlükələrdən qoruyan ən yeni texnologiya və vasitələr daxildir ki, bu həm də məxfi məlumatın qorunmasını və istifadəçilərin şəbəkə resurslarına təhlükəsiz keçidini təmin edir. Proqram daha vacib məlumatları şifrələməyə imkan verir və mərkəzləşdirilmiş internet konsolu sayəsində işçi stansiyaların, serverlərin və mobil cihazların müdafiə sistemini internetə çıxış olan hər yerdən idarə etmək mümkündür.

Müdafiə sistemlərinin müntəzəm təkmilləşdirilməsinə baxmayaraq, bütün hücümların qarşısını almaq mümkün deyil, belə ki, texniki vasitələr sadəcə məlum hücumları aşkar etməyə imkan verir. Bu vəziyyətdə  “Business Kaspersky Security” və “Kaspersky Anti Targeted Attack Platform”un istifadəçiləri üçün qabaqcıl texniki vasitələrlə hücumları aşkar etmək və qarşısını almaqda unikal kombinasiya olan “Kaspersky Management Protection” xidməti yardım edə bilər. “Kaspersky Lab”ın mütəxəssisləri tərəfindən aparılan gündəlik monitorinq xidmətinin bir hissəsi olaraq, təhlükələrlə bağlı qabaqcıl analizlərlə birləşdirilir ki, bu da real vaxtda mühüm informasiya sistemlərinə hücum edən məşhur və yeni taradılan kibercasus və kiberkriminal şirkətləri aşkar edə bilir.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kiberhücumlar təşkilatlara nə qədər ziyan vurub?-Araşdırma

09-06-2017

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

21-12-2017

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019

Şirkətlər kibertəhlükələrə qarşı necə mübarizə aparmalı?

10-11-2017

Kaspersky Lab məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb

03-05-2019

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə