Previous Next
Bağla

Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb

07-03-2019 16:27
Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb

“Kaspersky Lab” şirkətinin müşahidələrinə əsasən, 2018-ci ildə mobil cihaz istifadəçiləri tarix boyunca kibercinayətkarların ən güclü hücumları ilə rastlaşıblar. 

Xeberler.az  bildirir ki, zərərli mobil proqram təminatından istifadə ilə edilən hücumların sayı 12 ay ərzində demək olar ki, iki dəfə artaraq 117 milyona çatıb, bununla belə, mobil platformalarda bu zərərvericilərin sayı azalıb. Ekspertlər bunu cinayətkarların yeni yoluxdurma üsullarından istifadəsi və zərərli proqram təminatının yayılmasında artıq sınaqdan keçirilmiş sxemlərin (məsələn, spam SMS-lər) daha da gücləndirilməsi ilə əlaqələndirirlər.

İlin əsas təhlükəsi isə sayı 1,5 dəfə artaraq yeni rekord qıran mobil bank troyanları olub. Ümumilikdə, 12 ay ərzində bu zərərvericilər 180 ölkədən 1,8 milyon istifadəçiyə hücum edib. “Kaspersky Lab” şirkətinin məlumatına görə, Azərbaycan smartfon və planşetlər üzərindən maliyyə təhlükələri ilə üzləşən istifadəçi sayının çoxluğuna görə bu ölkərin siyahısında ilk 10-luğa düşüb. Bu cür yüksəlişin əsas “günahkarları” – ikinci rübdən başlayaraq rekord sürətlə yayılan AsacubHqwar troyanlarıdır. Lakin mobil bank troyanları sadəcə öz kütləviliklərinə görə fərqlənmirdilər. Kibercinayətkarlar məsələnin texniki tərəfinə də kifayət qədər önəm veriblər. Məsələn, onlar ən çox Androiddə “Accessibility Services”-dən istifadə edirlər: bu, onlara isitfadəçinin peşəkar kömək olmadan silə bilməyəcəyi şəkildə cihaza bağlanmağa imkan verir.

Bundan başqa, cinayətkarların arsenalında dinamik analizə qarşı çıxan üsullar peyda olub, belə ki, Rotexy troyanı faylların təhlükəsizliyini yoxlamaq üçün modelləşdirilmiş mühitdə buraxılmasını da anlaya bilir. Obfuskasiya – yəni, məqsdəli qarışıqlıq – ilə birləşdikdə bu texnika daha da effektiv olur və antivirus vasitələri tərəfindən aşkarlanmasına mane olur. Mobil maynerlərin sayı isə, əksinə olaraq, beş qat artıb. Ekspertlər bunu bir neçə faktorla əlaqələndirirlər. İlk növbədə, müasir mobil cihazlar daha güclü qrafik prosessorlarla komplektləşdirilir ki, bu da onları kriptovalyuta ovunda daha səmərəli vasitəyə çevirir. İkincisi, mobil cihazları virusa yoluxdurmaq nisbətən daha asandır, çünki istifadəçilər çox vaxt onun müdafiəsinə laqeyd yanaşırlar. Son olaraq, mobil cihazların sayı çoxdur və getdikcə də
artmaqdadır.

“Mobil təhlükələr dünyası daimi olaraq sadəcə zərərli proqramların sayı və onların hər modifikasiyasında texniki cəhətdən mükəmməlləşməsi baxımından inkişaf etməsə də, hər iki proses ümumi gedişata təsir edir. Mobil cihazların sürətlə yayılması cinayətkarlar üçün başqalarının pulunu ələ keçirmək və önəmli informasiyaya keçid üçün yeni imkanlar açır və onlar, şübhəsiz ki, bu imkandan faydalanmaqdan çəkinmirlər. 2018-ci il göstərdi ki, bu və ya digər zərərvericinin sakitliyinin arxasından həqiqi bir epidemiya gələ bilər. Buna misal olaraq, Asacub bank troyanı və onun “həmkarlarını” göstərmək olar. İstisna olunmur ki, bu il biz digər təhlükəli zərərvericilərin intibahı ilə qarşılaşa bilərik”, - deyə “Kaspersky Lab” şirkətinin antivirus üzrə eskperti Viktor Çebışev bildirib.

Ümumilikdə, kibertəhlükələrdən, eləcə mobil kibertəhlükələrdən müdafiə olunmaq üçün “Kaspersky Lab” şirkəti aşağıdakı tövsiyələri verir:

  • tanışlarınız göndərmiş olsalar belə mail qutunuzda və messencerdə şübhəli keçidləri
    açmayın
  • mütəmadi olaraq proqramları və əməliyyat sistemi yenilənmələrini quraşdırın;
  • mütəmadi olaraq vacib məlumatların ehtiyat sürətini çıxarın;
  • tətbiqləri yalnız rəsmi mağazalardan quraşdırın və yalnız həmin tətbiq üçün müvafiq
    icazələri təsdiqləyin;
  • etibarlı müdafiə vasitəsindən edin, mobil cihazlarda da.

Mobil təhlükələrin inkişaf tendensiyası ilə bağlı daha ətraflı “Kaspersky Lab” şirkətinin hesabatında tanış ola bilərsiniz: https://securelist.ru/mobile-malware-evolution2018/93451/

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

21-07-2017

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018

Şifrələyici proqramların istifadəçilərə hücumları artıb

29-06-2016

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky Lab : Taxtların oyunları ən viruslu serialdır

11-04-2019

Ölkədə 12 mindən çox istifadəçi kiberhücuma məruz qalıb

20-02-2018

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə