Previous Next
Bağla

Akademik Akif Əlizadə: “Ölkəmizdə informasiya cəmiyyəti müvəffəqiyyətlə qurulur”

07-10-2013 09:40
Akademik Akif Əlizadə: “Ölkəmizdə informasiya cəmiyyəti müvəffəqiyyətlə qurulur”
Bu bir reallıqdır ki, Azərbaycanda sosial-iqtisadi, siyasi sistemin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi ilə yeni bəşəri idarəetmə üsulunun tətbiqi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artmasına gətirib çıxarıb. Ölkəmizdə müvəffəqiyyətlə informasiya cəmiyyəti qurulur və dövlət başçısı tərəfindən bu siyasət ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir.
 
AMEA prezidenti, akademik Akif Əlizadə bu fikrini "www.respublica-news.az"-da dərc edilən məqaləsində qeyd edib. Akademikin sözlərinə görə, informasiya texnologiyalarının bütün fəaliyyət sahələrinə tətbiq olunmasını dövlətin strateji marağı kimi önə çəkən ölkə başçısı mövcud problemlərin həlli istiqamətində Azərbaycan alimləri qarşısında konkret vəzifələr qoyub: "Ölkə rəhbərinin xalqın hər bir üzvünü informasiya cəmiyyətinin vətəndaşına çevirmək, təfəkkürünü bu yöndə formalaşdırmaq, bununla da dövlət idarəçiliyində şəffaflığın təmin olunması hədəfi hazırda bəhrəsini verməkdədir.
 
Hazırda azyaşlı uşaqlardan tutmuş, ahıl insanlara kimi hər bir azərbaycanlı informasiya cəmiyyətinin vətəndaşı kimi formalaşır. İqtisadi və siyasi uğurlarımızın son təntənəsindən biri də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə ölkəmizin kosmik ölkələr sırasına daxil olmasıdır. Respublikamızda İKT sektorunda əldə olunan nailiyyətlər, kosmik sənayenin yaradılması və çoxməqsədli peyklərin orbitə çıxarılması digər üstünlüklərlə yanaşı, intellektual potensialın inkişaf etdirilməsi, elmtutumlu yeni layihələrin həyata keçirilməsində strateji əhəmiyyət daşıyır".
 
 
A.Əlizadə bildirib ki, hazırda AMEA-da müasir dövrün reallıqlarından irəli gələn, həmçinin ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələsinə start verilib. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir. Bu prosesdə müxtəlif ölkə alimləri arasında elmi informasiya mübadiləsinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.
 
Beynəlxalq elmi mühitə inteqrasiya, şəbəkə infrastrukturunun formalaşdırılması, elmi informasiya resurslarının yaradılması, alimlərin böyük hesablama və yaddaş resurslarına olan tələbatlarının ödənilməsi, nəticə etibarilə rəqəmli fərqin aradan qaldırılması və s. istiqamətlərdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü siyasət həyata keçirilir. Azərbaycan elmində əldə olunan nəticələrin keyfiyyəti, onların qiymətləndirilməsi mexanizmləri məsələlərinə xüsusi diqqət yetirilir. Elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsinin artırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Elmi fəaliyyətin qiymətləndirilməsi məqsədilə tədbirlər görülür. Elmin səviyyəsi və əldə olunmuş nəticələrin keyfiyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmlərin işlənməsi nəzərdə tutulub:
 
"Azərbaycan dövlətinin intellektual inkişaf modelinə əsaslanan tərəqqisinin əsas istiqamətlərini özündə əks etdirən bu sənədlər ölkədə bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında konkret vəzifələr qoyur. Bu istiqamətdə də Azərbaycan alimləri öz qüvvələrini səfərbər edib. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm-təhsil və elm-istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir". (ictnews.az)
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Qabaqcıl texnologiyaların tətbiqi istiqamətində ciddi islahatlar həyata keçirilir”

20-12-2013

Akademik Akif Əlizadənin mətbuat konfransı keçirilir

18-07-2013

Azərbaycanda ilk dəfə olaraq Elm Günü qeyd olunacaq

27-03-2019

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016

Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

16-10-2015

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024

Nazir: “Elm və təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub”

03-11-2025

27 Mart - Azərbaycanda Elm Günüdür

27-03-2023

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

AMEA-da Elm və Texnologiya Parkı yaradılır

27-01-2016

RİTN ilə AMEA arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

29-10-2009

AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

17-05-2017

Elmi jurnalistikanın yaradılmasına başlanıb

04-06-2014

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023

“Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılmalıdır”

21-12-2016

“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

04-12-2014

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026

Elmi tədqiqatlar üçün informasiya sistemləri yaradılır

06-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə