Previous Next
Bağla

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021 20:38
“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

11 ildən artıqdır Azercell-in dəstəyilə fəaliyyət göstərən Azərbaycan “Uşaq Qaynar Xətt” xidməti (AUQX) cari ilin iyun ayı üçün hesabatını təqdim edib. Uşaqlara təmənnasız olaraq psixoloji və sosial yardım göstərən qaynar xətt xidmətinə bu ay ərzində 375 zəng daxil olub. Bunların böyük hissəsi hüquqi məsələlərlə (99 zəng) bağlı olub. Müraciətlər təhsil və psixoloji (cəmi 159 zəng), səhiyyə (35 zəng), sosial (24 zəng) və digər (58) sahələrlə bağlı olub. Müraciət edənlərin əksəriyyəti (241 zəng) ilk dəfə xidmətə zəng etdiklərini bildiriblər.

Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətinə iyun ayı boyunca həm böyüklər (248 zəng), həm də uşaqların özləri (115 zəng) müraciət ediblər. Xidmətdən yardım istəyən uşaqların 77-si qız, 38-i isə oğlan olub. Həmçinin sosial şəbəkələr üzərindən 12 anonim müraciət daxil olub.

Sözügedən dövr ərzində Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətinə daxil olan zənglər arasında psixoloji təzyiq halları, əməyin istismarı, etinasızlıqla bağlı müraciətlər də yer alır.

İyun ayında qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar 5 ailə ilə görüş təşkil edilib. Həmçinin fərdi və qrup şəklində 11 sosial-psixoloji reabilitasiya işi aparılıb. Uşaqlara tibbi dəstəyin göstərilməsi, səhiyyə xidməti ilə təmin olunması ilə bağlı 3 müraciət daxil olub ki, AUQX əməkdaşları bu uşaqların səhiyyə hüquqlarının təminatı üçün zəruri addımlar atıblar.

Ümumilikdə bu ilin ilk altı ayı ərzində “Uşaq Qaynar Xətt” xidmətinə 2761 zəng daxil olub. Bunların əksəriyyəti təhsil sahəsi (874 zəng), hüquqi (580 zəng), psixoloji (418 zəng), sosial (260 zəng), səhiyyə (172 zəng) və digər (457 zəng) sahələrə aid olub. 2020 zəng böyüklər, 621 zəng isə 18 yaşdan aşağı şəxslər tərəfindən daxil olub.

Altı ay ərzində qeydə alınan müraciətlərlə əlaqədar 39 ailə ilə görüş təşkil edilib, 105 sosial-psixoloji reabilitasiya işi aparılıb. Uşaqlarda əlillik dərəcəsinin müəyyən olunması, buna uyğun olaraq sosial müavinətin təyin edilməsi ilə bağlı 12 müraciət, xüsusi qayğıya ehtiyacı olan uşaqların müayinə və müalicəsi, onların səhiyyə hüquqlarının təmin olması ilə bağlı isə 13 müraciət daxil olub. Bu məsələlərlə əlaqədar müraciət edənlərə müavinətlərin təyin olunmasında dəstək göstərilib. Bu aylar ərzində AUQX sosial şəbəkələr üzərindən də fəaliyyətini gücləndirməyə davam edib.

Mərkəz əməkdaşları sosial şəbəkələrdən daxil olan müraciətləri də operativ şəkildə
cavablandırıblar.

AUQX xidmətinin əməkdaşları yalnız daxil olan müraciətləri cavablandırmaq, onların həlli üzrə fəaliyyət göstərməklə kifayətlənmirlər. Xidmətin işinin bir qismini də maarifləndirmə təşkil edir. Bu aylar ərzində xidmət əməkdaşları onlayn vebinar və canlı yayımlar təşkil ediblər, beynəlxalq təlimlərdə iştirak ediblər. Təkcə iyun ayında 3 gün boyunca “Kompleks travmanın müalicəsi üçün Bağlılıq, Tənzimləmə və Səriştəlilik Çərçivəsi” mövzusunda beynəlxalq təlim təşkil edilib. Bu təlim iyul ayı ərzində də davam edəcək. Ümumilikdə 6 ay ərzində “Yeniyetməlik dövrünün psixoloji və fizioloji aspektləri”, “İntihara son deyək!”, “Özünü yalnız hissetmə sindromu” mövzularında onlayn tədbirlər keçirilib.

Qeyd edək ki, “Azercell Telecom” MMC-nin, UNİCEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə xidmətin yaradılmasında məqsəd ailədə hər hansı təzyiqə məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqi də istifadəyə verilib.

Qaynar xəttə həm 116111 qısa nömrəsi, həm də Azercell nömrələrinə (050 680 22 80; 051 580 22 80; 051 880 11 80; 051 880 22 80) zənglə, habelə e-poçt xidməti ([email protected]), Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat (www.childhelpline.az) və “ushaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

Qorxma, biz səninləyik!

05-10-2018

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

“Uşaq Qaynar Xətti”nə 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

31-10-2024

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

“Uşaq Qaynar Xətti” son 1 ayda rekord sayda müraciət qəbul edib

07-05-2020

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə