2025-ci ilin yanvar-mart aylarında “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinə ümumilikdə 940 müraciət qeydə alınıb. Bu zənglərin 163-ü psixoloji problemlər, 147-sı hüquqi yardım, 94-ü sosial məsələlər, 48-i təhsil, 17-si səhiyyə hüququ ilə bağlı olub.
Xeberler.az bildirir ki, zənglərin 471-i ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər müxtəlif mövzuları əhatə edib.
Statistik göstəricilərə əsasən müraciətlərin 48%-i qadın, 27%-i kişi, 25%-i isə anonim şəkildə edilib. Zənglərin yaş təsnifatına əsasən, onların 547-i 18 yaşdan yuxarı şəxslərdən, 175-i isə 18 yaşdan aşağı uşaqlardan gəlib, qalan müraciətlər anonim olub.
AUQX-in əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara sosial, psixoloji və hüquqi dəstək göstərmək, müraciətləri müvafiq qurumlara yönləndirmək və zəruri hallarda təxirəsalınmaz yardım təmin etməkdir. 2025-ci ilin ilk rübündə edilən müraciətlər əsasında mərkəzə 28 ailə dəvət olunub, uşaqlarla 89 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Ailələrə ehtiyaclarına uyğun olaraq hüquqi, psixoloji və psixososial dəstək göstərilib, 19 məktəb və ailəyə isə yerində səfərlər təşkil olunub.
Xidmət “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.
AUQX 18 yaşına çatmamış uşaqları və onların problemi ilə bağlı müraciət edən hər kəsi əhatə edir. 116111 qısa nömrəsi, mobil nömrələr, elektron poçt, sosial media platformaları və mobil tətbiq vasitəsilə xidmətlə əlaqə saxlamaq mümkündür. Xidmətin əsas prinsipi – məxfilikdir. Məlumatlar yalnız ehtiyac olduqda müraciətçinin razılığı ilə aidiyyəti qurumlara təqdim olunur.
Qeyd edək ki, 2010-cu ildən 2025-ci ilin mart ayınadək Azərbaycan “Uşaq Qaynar Xətt Xidməti”nə ümumilikdə 76,000-dən çox müraciət daxil olub.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə keçid edin.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları