Amazon, süni intellekt əsaslı geyilə bilən texnologiyalar üzrə ixtisaslaşmış “Bee” startapını aldığını elan edib.
Xeberler.az bildirir ki, bu barədə məlumatı startapın həmtəsisçisi Maria de Lourdes Zollo şəxsi LinkedIn hesabında paylaşıb. Amazon isə xəbəri TechCruncha təsdiqləyərək qeyd edib ki, razılaşma imzalansa da, hələ tam bağlanmayıb.
“Bee” startapı istifadəçilərin səsini daim dinləyən və gündəlik fəaliyyətlərini asanlaşdırmaq üçün xatırlatmalar və tapşırıqlar siyahısı yaradan cihazlar istehsal edir. Bu cihazlar əsasən iki formada təqdim olunur: Fitbit-ə bənzər bilək qurğusu (qiyməti 49.99 ABŞ dolları, aylıq abunə haqqı isə 19 dollardır) və Apple Watch üçün mobil tətbiq. İstifadəçi cihazı əl ilə səssiz rejimə keçirmədikcə, qurğu ətrafdakı bütün səsləri qeydə alır.
Şirkət gələcəkdə “bulud telefonu” adlı konsept üzərində işləməyi planlaşdırır – bu texnologiya vasitəsilə Bee cihazı istifadəçinin telefon hesablarına və bildirişlərinə çıxış əldə edərək daha fərdi və inteqrə olunmuş təcrübə təklif edəcək.
Bee-nin rəsmi saytında qeyd edilir:
“İnanırıq ki, hər kəsin fərdi və ətraf mühitə uyğun süni intellektə çıxışı olmalıdır. Elə bir intellekt ki, alət deyil, etibarlı bir yoldaş kimi hiss olunsun – sizi xatırlatsın, düşündürsün və gündəlik həyatınızda sizə bələdçilik etsin.”
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları