Previous Next
Bağla

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023 18:52
AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

Yanvarın 18-də keçirilən AMEA-nın Rəyasət Heyətinin iclasında Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsinin yaradılması haqqında qərar qəbul edilib.

Məsələ ilə əlaqədar çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Rəyasət Heyətinin yanvarın 16-da keçirilmiş iclasında aparatın strukturunda bir sıra şöbələrin adlarında dəyişiklik edilib, müasir tələblərə, yeni çağırışlara cavab verən addımlar atılıb.

AMEA rəhbəri qeyd edib ki, müasir dövrdə dünyada rəqəmsal transformasiyalar, elektron resursların yaradılması prosesi geniş vüsət almaqdadır. Xüsusilə də, Dördüncü Sənaye İnqilabının çağırışları və süni intellekt texnologiyalarının tətbiqi kontekstində müasir dünyanın çağırışlarına müvafiq olaraq ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini məhz rəqəmsal transformasiyalar təşkil edir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, eyni zamanda hazırda ölkəmizdə elektron dövlət, elektron hökumət resurslarının formalaşdırılması, yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi baxımından da mühüm işlər həyata keçirilməkdədir. AMEA rəhbəri bu baxımdan elektron imza, elektron sənəd dövriyyəsi, kargüzarlıq xidmətlərinin avtomatlaşdırılması kimi proseslərin də geniş tətbiq olunduğunu diqqətə çatdırıb.

İclasda AMEA-nın Rəyasət Heyətinin aparatında sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda əlavə maliyyə vəsaiti və ştatlar tələb olunmadan daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsinin yaradılması qərara alınıb.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov “Elektron Akademiya” şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023
“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025
AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024
AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

11-09-2025
AMEA-da Magistratura şöbəsi yaradılır

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016
AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025
AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023
AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

16-03-2023
AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025
İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025
 Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023
"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025
“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

26-05-2026
“ElmTV İnternet televiziyası” şöbəsi yaradılıb

“ElmTV İnternet televiziyası” şöbəsi yaradılıb

03-03-2016
“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024
Elektron akademiya şöbəsi yaradılıb

Elektron akademiya şöbəsi yaradılıb

29-11-2023
 Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023
AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025
AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

12-10-2023
Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019
AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025
AMEA-da Elm və Texnologiya Parkı yaradılır

AMEA-da Elm və Texnologiya Parkı yaradılır

27-01-2016
Rəqəmsal arxitektura planı və AMEA-nın fəaliyyət istiqamətləri müzakirə olunub

Rəqəmsal arxitektura planı və AMEA-nın fəaliyyət istiqamətləri müzakirə olunub

18-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə