Previous Next
Bağla

İnnovasiyalar Agentliyi ilə Çexiya universiteti arasında razılıq əldə olunub

01-10-2021 13:46
İnnovasiyalar Agentliyi ilə Çexiya universiteti arasında razılıq əldə olunub

İnnovasiyalar Agentliyi ilə Çex Respublikasının Cənubi Bohemia Universiteti arasında Texnologiyaların transferi sahəsində razılıq əldə olunub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, texnologiyaların ixracı sahəsində investorların, ali təhsil müəssisələrinin və şirkətlərin Mərkəzi Avropa məkanına çıxışı üçün vahid əməkdaşlıq platforması yaradılıb.

Sentyabrın 30-da İnnovasiyalar Agentliyinin inzibati binasında Cənubi Bohemia Universitetinin rəhbərliyi ilə görüş təşkil olunub. Görüşdə elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması, innovativ, o cümlədən startap layihələrin dəstəklənməsi, elmi-tədqiqatların nəticələrinin kommersiyalaşdırılması, həmçinin texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması istiqamətində müştərilərə müvafiq xidmətlərin göstərilməsi sahələrində geniş müzakirələr aparılıb. Sadalanan fəaliyyət istiqamətləri üzrə Agentlik ilə Cənubi Bohemia Universiteti arasında 2021-ci ilin yanvarında imzalanmış anlaşma memorandumunun Fəaliyyət Planı bu gün keçirilən görüşdə müzakirə olunaraq razılaşdırılıb.

Xeberler.az məlumat verir ki, İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli yeni təşəkkül tapmış əməkdaşlıqla bağlı bildirib ki, Azərbaycanda biznes mühitinin davamlı inkişafına və milli ekosistemin regional innovasiya mərkəzinə çevrilməsinə önəmli təkan vermək istiqamətində Agentlik beynəlxalq tərəfdaşlarla yeni layihələr üzərində çalışır.

Qeyd edək ki, görüşdə Cənubi Bohemia Universitetinin prorektoru Hojdekr Michal, Texnologiyaların Transferi departamentinin rəhbəri Ruzena Stemberkova və Çex Ticarət Evinin Bakıdakı nümayəndəliyinin rəhbəri Pavel Zelenka iştirak edib.

Görüşün sonunda çex qonaqların iştirakı ilə Agentliyin “Tərəfdaşlar lövhə”sinə Cənubi Bohemia Universitetinin adı yerləşdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap və Texnologiya Transferi Mərkəzi yaradılacaq

24-09-2019

İnnovasiyalar Agentliyi bank sektorunda innovativ həlləri müzakirə edib

30-08-2019

Texnologiyaların transferi istiqamətində müzakirələr aparılıb

31-08-2024

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023

AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

31-08-2023

İT şirkət məhsullarını Afrika bazarına çıxarır

05-03-2018

İnnovasiyalar Agentliyində Türkiyə Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

18-06-2021

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019

Yaponiya səfirliyinin nümayəndəsi İnnovasiyalar Agentliyində olub

25-10-2019

İnnovasiyalar Agentliyi beynəlxalq sammitdə təmsil olunub

24-02-2021

ADA Universiteti və "MEDİA" arasında əməkdaşlıq memorandumu imzalanıb

17-03-2022

AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

30-07-2022

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiqlənib

23-02-2019

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində AZİNNEX üzvləri ilə görüş keçirilib

08-04-2021

“ASAN xidmət” təcrübəsi beynəlxalq festivalda təqdim olunub

22-04-2025

Texnoparkların yaradılması müzakirə edilib

02-11-2015

ABŞ-ın “Caspian Policy Center” təşkilatının nümayəndələri İnnovasiyalar Agentliyində olublar

05-07-2019

İnnovasiyalar Agentliyi Asiya İnkişaf Bankı ilə görüşüb

17-08-2019

AZINNEX Özbəkistanda nümayəndəlik açır

02-04-2018

İnnovasiyalar Agentliyi BP nümayəndələri ilə görüşüb

08-10-2019

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023

Dövlət Agentliyinin beynəlxalq əlaqələri genişlənir

06-12-2018

AZINNEX-in İdarə Heyətinin növbəti görüşü keçirilib

30-03-2018

Texnologiyaların kommersiyalaşdırılması sahəsində Koreya təcrübəsi öyrənilir

31-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə