ABŞ iyunun sonunda “Apple”, “Samsung” və digər smartfon istehsalçılarına qarşı rüsumlar tətbiq edə bilər.
Xeberler.az məlumat verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Trampdan “Apple”a qarşı 25 faizlik rüsumların tətbiq edilməsi imkanı haqqında son açıqlamasının digər smartfon istehsalçılarına təsir etməyəcəyi anlamına gəlib-gəlmədiyi soruşulub. “Onların (şirkətlərin – red.) sayı daha çox olacaq. Onların arasında “Samsung” və bu məhsulları istehsal edən digərləri də olacaq, əks halda bu ədalətsiz olardı”, – Amerika lideri deyib.
Eyni zamanda, Tramp rüsumların gələn ayın sonunda tətbiq edilə biləcəyini qeyd edib. “Düşünürəm ki, biz bunu iyunun sonuna qədər lazımi qaydada edəcəyik”, – o davam edib və əlavə edib ki, elektronika istehsalçıları zavodlarını ABŞ ərazisinə köçürsələr, rüsumlar tətbiq edilməyəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları