ABŞ-ın “Apple” kompaniyası Hindistanın cənubundakı Tamilnad ştatında inşa etdiyi yeni zavodda “iPhone” smartfonlarının istehsalına başlayıb.
Xeberler.az məlumat verir ki, “Business Standard” qəzetinin məlumatına görə, “Apple” həmin zavodu Hindistanın “Tata Electronics” korporasiyası ilə birgə idarə edəcək.
ABŞ kompaniyasının digər böyük biznes tərəfdaşı Tayvanın “Foxconn” şirkəti isə 2027-ci ilin sonunadək Karnataka ştatının Banqalor şəhərindəki yeni zavodunda istehsala başlamağı planlaşdırır. Dəyəri 2,6 milyard dollar təşkil edən zavodda saatda 500 ədəd “iPhone” istehsal olunacaq. Kompaniyanın ən son “iPhone16” modeli və onun variantları da həmin müəssisədə yığılacaq. Yaxın illərdə Hindistanda “Foxconn” tərəfindən idarə olunan zavodların sayı beşə, işçilərin sayı isə 50 minə çatacaq.
Qeyd edək ki, “Apple” Vaşinqton və Pekin arasında ticarət müharibəsi fonunda “iPhone” istehsal bazasını Çindən Hindistana köçürməyə çalışır. Kompaniya mart ayında Hindistandan ABŞ-a 2 milyard dollar dəyərində “iPhone” göndərib. “Apple” 2026-cı ilin sonunadək ABŞ-da satılacaq “iPhone” smartfonlarının əksəriyyətini Hindistan zavodlarında istehsal etməyi planlaşdırır. Hazırda qlobal “iPhone” istehsalının təxminən 18 faizi Hindistanın, 75 faizi isə Çinin payına düşür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları