Yubiley “iPhone” smartfonu rekord qiymətə satılacaq

28-04-2025 / 14:11

“Apple” korporasiyası 2027-ci ildə smartfonlarının qiymət artımının qaçılmaz olacağını bildirib.

Xeberler.az “Bloomberg”ə istinadən məlumat verir ki, 2027-ci ildə ilk “iPhone” smartfonunun 20 illiyini qeyd edəcək “Apple” yubiley münasibətilə unikal flaqman smartfonu və ilk qatlanan qurğusunu satışa çıxaracaq. Korporasiyadan verilən məlumata görə, istehlakçılar qiymət artımına hazır olmalıdır, çünki yubiley cihazları rekord baha qiymətə satılacaq.

İstehsalçı yeni flaqman smartfonlarında xüsusi hissələrdən və komponentlərdən istifadə etmək niyyətindədir. Yubiley “iPhone”, həmçinin “son dərəcə mürəkkəb” dizayna malik olacaq ki, bu da onun qiymətinə təsir göstərəcək.

Qiymət artımına Vaşinqton və Pekin arasındakı ticarət müharibəsi də təsir edir. “Apple” ABŞ bazarı üçün “iPhone” istehsalını Çindən Hindistana köçürmək niyyətindədir. Korporasiya Hindistandakı istehsalın Çinlə müqayisədə 5-10 faiz baha olacağını bildirib.

Qeyd edək ki, “iPhone” smartfonunun yubiley buraxılışının əsasən şüşədən hazırlanacağı gözlənilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə