Apple şirkəti dünən San-Fransiskoda təşkil etdiyi mərasimdə yeni Apple TV-ni də təqdim edib.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir, şirkətin direktoru Tim Kukun sözlərinə görə, ağıllı Apple TV güclü təchizat, müasir interfeys və geniş xüsusiyyətlərə malik olmağı ilə hər kəsin rəğbətini qazanacaq.
Xeberler.az təqdimatda açıqlanan Apple TV-nin yeni funksiyalarını təqdim edir.
Apple TV -də nəzərə çarpan ilk funksiya uzaqdan idarə olunan aparatın olmasıdır.
Belə ki, əl təmasi ilə çalışan bu cihazda üzərində klassik tənzimləmə düymələri ilə yanaşı Siri-i ilə rahat əlaqə qurmaq üçün yeni düymə də əlavə olunub.
Aparat isə portdan enerji yığır və 3 ay müddətində istifadə oluna bilir.
Aparatda digər özəllik isə gamepad xidmətinin olmasıdır. Yəni, yeni aparatla oyuna görə fərqli funkisyalara dəyişə bilir. Hərəkət sensoru ehtiva edən funksiyalarda Wii və Nunchuck-dan da istifadə etmək mümkündür.
Apple TV-nin yenilikləri arasında Siri-nin yeri də olduqca böyükdür. Səsli axtarış köməkçisi rolunu oynayan Siri ilə yeni cihazın bütün xüsusiyyətlərini istifadə etmək mümkündür. Belə ki, Siri-dən filmə fasilə vermək, filmi başlatmaq, yeni bir film axtarmaq, yeni bir tətbiq açmaq, oynat, pauza kimi funksiyaları yerinə yetirir.
Qeyd edək ki, Apple TV –yə App Store dəstəyi də olacaq. Apple TV iOS istifadəçiləri üçün əlçatan olacaq.
Yeni cihazda ən vacib məqamlardan biri də iTunes Store-dir.
Yeni Apple TV-də iTunes Store təklifləri , yeni fayllar tapmaq asanlaşdırır.
iTunes ilə yanaşı , ağıllı TV-yə Apple Music tətbiqi də əlavə olunub.
Apple Tv-nin texniki parametrləri əvvəlki nəsillərdən tamamilə fərqlənir.
Belə ki, tvOS əməliyyat sistemi ilə işləyən cihaz 64 bit A8 prossesoru ilə təchiz olunub. Bluetooth 4.0 və MIMO texnologiyalı 802.11ac Wi-Fi və infraqırmızı alıcı yer alır. Cihazda ethernet və HDMI portlar var. 32 GB və 64 GB-lıq iki versiyada bazara çıxarılacaq Apple TV-nin qiymətləri isə müvafiq olaraq 149 dollar və 199 dollar olacaq.
Yeni Apple TV isə oktyabr ayında satışa çıxarılacaq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri