“Apple” və “Google” əməkdaşlıq edəcək

13-01-2026 / 13:04

“Apple” şirkəti ilə “Google” şirkəti yeni nəsil süni intellekt infrastrukturunu inkişaf etdirmək üçün birgə əməkdaşlığa başlayıblar.

Xeberler.az məlumat verir ki, çoxillik əməkdaşlıq çərçivəsində “Apple” yeni nəsil “Apple Foundation Models”i “Google”un “Gemini” süni intellekt modeli və bulud hesablama infrastrukturu üzərində qurulacaq. Bu modellər il ərzində daha fərdiləşdirilmiş “Siri” də daxil olmaqla gələcəkdə “Apple Intelligence”in xüsusiyyətlərini gücləndirəcək.

“Apple” hərtərəfli qiymətləndirmə prosesindən sonra “Google”un süni intellekt texnologiyasının “Apple Foundation Models” üçün ən təkmil infrastruktur təklif etdiyini müəyyən edib. Bu əməkdaşlıq istifadəçilər üçün innovativ təcrübələrə yol açacaq. “Apple Intelligence” şirkətin məxfilik standartlarını qoruyub saxlayaraq “Apple” cihazlarında və “Apple”ın xüsusi bulud hesablama infrastrukturunda fəaliyyət göstərməyə davam edəcək”, - deyə hər iki şirkətin birgə açıqlamasında qeyd olunur.

Bu əməkdaşlığın açıqlanmasında sonra “Google”ın törəməsi olduğu “Alphabet” şirkətinin bazar kapitallaşması 4 trilyon dolları ötüb. “Alphabet” “Nvidia”, “Microsoft” və “Apple”dan sonra bu bazar kapitallaşmasına çatan dördüncü şirkətdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə