“Apple” yeni dizaynlı “iPhone 16”nı təqdim edib

10-09-2024 / 06:47

“Apple” əsas “iPhone 16” və daha böyük ekrana malik “iPhone 16 Plus”u təqdim etdi.

Xeberler.az məlumat verir ki, təqdimat şirkətin internet saytında yayımlanıb.

Yeni modellərdə əsas yenilik yerini dəyişdirilmiş kamera obyektivinə malik dizayn olub. “iPhone 16”nın displeyi 50 faiz möhkəmlənib və maksimum 2000 nit parlaqlığı var. Əsas model 6,1 düymlük ekrana, “16 Plus” versiyası isə 6,7 düymlük ekrana malikdir. Hər iki modelin kamera funksiyalarını idarə etmək üçün "Capture" düyməsi var.

“iPhone 16”nın “ürəyi” süni intellekt üçün optimallaşdırılmış yeni A18 prosessorudur. O, “iPhone 15”də istifadə edilən “A16” çipindən 40 faiz daha sürətlidir. Smartfonların operativ yaddaşının miqdarı hələ ki açıqlanmayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə