Aviasiya Akademiyasında “StartupSchool3” layihəsi təqdim edilib

19-05-2025 / 17:49
Enterprise Azerbaijan Milli Aviasiya Akademiyasında “#StartupSchool3” layihəsini təqdim edib
 
Xeberler.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının “Startup School 3” layihəsi ilə bağlı Milli Aviasiya Akademiyasında (MAA) infosessiya keçirilib.
 
İnfosessiyada “Startup School 3” layihəsinin “Yaşıl və Rəqəmsal İpək Yolu” (#GreenandDigitalSilkRoad) beynəlxalq akselerasiya proqramı haqqında məlumat verilib.
 
Təqdimatla çıxış edən Enterprise Azerbaijan portalının rəhbəri İsa Qasımov bildirib ki, proqram yaşıl texnologiyalar və rəqəmsal həll yolları formalaşdırmağa maraq göstərən startapları dəstəkləməklə, gənclərin beynəlxalq innovasiya mühitinə inteqrasiyasını və texnoloji inkişaflara töhfə vermələrini təşviq edir.
 
Qeyd edək ki, akselerasiya proqramına startapların qeydiyyatı cari ilin avqust ayının 1-ə kimi davam edəcək.
 
Qeydiyyat üçün link: https://forms.gle/YwzgE1aXizJ6Km2e9
 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə