“Startup School” məzunları “Failory” beynəlxalq platformasında yer alıb

19-02-2026 / 18:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının məzunları Azərbaycanın nümunəvi 46 startapı siyahısında yer alıb. Siyahı beynəlxalq startap media platforması olan "Failory" tərəfindən Azərbaycan startap ekosisteminə həsr olunmuş icmalda təqdim edilib. Bu təşəbbüs ölkənin innovasiya mühitinin beynəlxalq informasiya məkanında tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Texnologiya, rəqəmsal xidmətlər və yaşıl innovasiya sahələrində fəaliyyət göstərən perspektivli yerli startapların içində "Green Guest", "Skolyn" və "BrainsBattle" layihələri var. Hər üç startap "Startup School 3" layihəsi çərçivəsində "Yaşıl və Rəqəmsal İpək Yolu" beynəlxalq akselerasiya proqramının məzunudur.

"Green Guest" yaşıl turizm və dayanıqlı inkişaf istiqamətində fəaliyyət göstərən startapdır. Platforma ekoloji məsuliyyətli yerləşmə və xidmətlərin təşviqi vasitəsilə aqroturizm sektorunda davamlı istehlak modellərinin formalaşmasına və ətraf mühitə təsirin azaldılmasına yönəlmiş həllər təqdim edir.

"Skolyn" təhsil texnologiyaları sahəsində fəaliyyət göstərərək rəqəmsal öyrənmə alətləri vasitəsilə fərdi və institusional təhsil proseslərinin daha əlçatan və effektiv qurulmasını hədəfləyir, müasir pedaqoji yanaşmaları texnologiya ilə birləşdirir.

"BrainsBattle" oyun əsaslı öyrənmə və intellektual yarış konsepsiyası üzərində qurulmuş "edutainment" platformasıdır. Startap interaktiv mexanizmlər vasitəsilə istifadəçilərin bilik səviyyəsinin və analitik düşüncə bacarıqlarının inkişafını təşviq edir.

"Failory" platforması müxtəlif ölkələr üzrə perspektivli startapların siyahılarını, təsisçi müsahibələrini və bazar icmallarını dərc etməklə qlobal startap ekosistemində analitik informasiya mənbəyi rolunu oynayır.

Sözügedən siyahı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://www.failory.com/startups/azerbaijan


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə