Avirtel Apple məhsullarının satışı ilə bağlı yeni layihəyə başladı

11-05-2016 / 15:48

Avirtel yeni  layihəyə  başlayıb. Layihənin məqsədi vətəndaşlara yüksək səviyyədə, professional xidmət göstərmək və onlar üçün Apple məhsullarının alışı-satışı, mübadilə və dəyərləndirilməsini daha rahat və əlçatan etməkdir.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Qeyd edilib ki, artıq Apple istifadəçiləri cihazlarını www.applemarket.az veb-səhifəsində, eləcə də eyni adlı Facebook səhifəsində daha tez sata, həmçinin daha  münasib qiymətlərlə ala və ya dəyişdirə biləcəklər. Avirtel-in Apple sertifikatlı peşəkar mütəxəssisləri cihazları  qısa zamanda qiymətləndirəcək, onun real bazar dəyərini təyin edərək lazımı müştəri kateqoriyasına yönləndirəcək. Habelə, bu portal vasitəsilə sizə lazım olan cihazı asanlıqla ala və ya digər modellə mübadiləsini həyata keçirə bilərsiniz.

www.applemarket.az-da  yalnız Apple markalı cihazların alqı-satqısı və mübadiləsi həyata keçirilir. Məqsəd isə Apple sevərlərin bir mərkəzdə cəmlənərək fikir mübadiləsi aparmaqlarını təmin etməkdir. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə