Volkswagen istehsalçıları hazırda “Vehicle-to-Vehicle” sisteminin işə salınması üzərində çalışırlar.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, avtomobilləri daha təhlükəsiz etməyə imkan verəcək sistem 2019-cu ildən başlayaraq avtomobillərə inteqrasiya ediləcək.
Bu funksiya sayəsində Volkswagen avtomobilləri bir-biri ilə məlumat mübadiləsi apara biləcək. Məsələn, avtomobillərdən biri piyada keçidində uşaqları “gördükdə” bu haqda yaxınlıqdakı maşınlara dərhal xəbərdarlıq edəcək.
İstehsalçılar bildiriblər ki, proqramın məqsədi yolda təlaş salmaq deyil, əksinə, sürücünü potensial təhlükə haqqında xəbərdar etmək və onun sürəti azaltmasını təmin etməkdir. Hələ ki, ünsiyyət radiusu 500 m ilə məhdudlaşdırılıb. Bu, əksər hallarda yollarda bədbəxt hadisələrin qarşısının alınması üçün kifayət edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri