Previous Next
Bağla

Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına yüksəlib.

19-09-2024 16:49
Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına  yüksəlib.

Azərbaycan elektron hökumətin inkişafında əhəmiyyətli irəliləyiş əldə edərək Birləşmiş Millətlər Təşkilatının "Elektron Hökumətin İnkişafı İndeksi"(E-Government Development Index-EGDI) üzrə dünyanın qabaqcıl ölkələri sırasında yerini möhkəmləndirib. Hesabatda ölkəmiz 2022-ci illə müqayisədə bu il 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerdə qərarlaşıb. Bununla da Azərbaycan ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Çox Yüksək EGDI” (“Very High EGDI) qrupuna daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bildirib ki, "Elektron Hökumətin İnkişafı İndeksi" (EGDI) ölkələrin telekommunikasiya infrastrukturu, insan kapitalı və onlayn xidmətlər üzrə inkişafını ölçən kompozit indeksdir. 2024-cü il araşdırması ölkənin süni intellektin (AI) və rəqəmsal hökumətin dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı rolu da vurğulayır.

Günay Quliyevanın sözlərinə görə, dünya üzrə elektron hökumət və rəqəmsal dövlət xidmətlərinin inkişafını qiymətləndirən hesabatda Azərbaycan, Bruney-Darüssalam və Özbəkistan kimi ölkələrlə birlikdə elektron hökumət infrastrukturunda əhəmiyyətli irəliləyişlərə görə xüsusi vurğulanır. Qeyd olunur ki, Azərbaycan həm Telekommunikasiya İnfrastrukturu İndeksi (TII), həm də ümumi Elektron Hökumət İnkişafı İndeksi (EGDI) üzrə çox yüksək göstəricilərə malikdir və bu, ölkənin rəqəmsal transformasiya sahəsində liderliyini daha da gücləndirir.

Araşdırmada həmçinin qeyd olunur ki, Azərbaycan süni intellekt (AI) üzrə milli
strategiya üzərində fəal şəkildə işləyir və bu, ağıllı şəhərlər və qabaqcıl texnoloji infrastrukturun yaradılmasına yönəlib. Bu strategiya ictimai xidmətlərin daha da təkmilləşdirilməsinə və şəhər idarəetməsinin inkişafına kömək edəcək.

İİTKM-in şöbə müdiri vurğulayıb ki, quru ilə əhatə olunmuş inkişaf etməkdə olan ölkə (LLDC) kimi, Azərbaycanın bu sahədə irəliləyişi xüsusilə diqqətəlayiqdir. Azərbaycan digər ölkələrlə birlikdə LLDC-lərin çox yüksək EGDI qrupunda təmsil olunma faizini 2022-ci ildəki 3%-dən 2024-cü ildə 19%-ə qaldırmağa nail olub. Bu irəliləyişin arxasında Azərbaycanın rəqəmsallaşma sahəsində apardığı genişmiqyaslı islahatlar və strateji addımlar dayanır.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində yaradılmış aidiyyatı işçi qrupları bu prosesin idarə olunmasında mühüm rol oynayır. Bu qruplar ölkədə rəqəmsal hökumət və rəqəmsal biznes mühitinin təkmilləşdirilməsi, həmçinin beynəlxalq reytinqlərin yüksəldilməsi istiqamətində əhəmiyyətli töhfələr verir. Onların fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq rəqəmsal inkişaf reytinqlərində öz mövqeyini gücləndirir və rəqəmsal innovasiyalar sahəsində liderlik edir.

Hesabatda həmçinin ölkəmiz üçün onlayn xidmətlərin təkmilləşdirilməsi, insan kapitalının inkişafı, süni intellekt (AI) və digər yeni texnologiyaların tətbiqi ilə rəqəmsal inkişafın daha da sürətləndirilməsi istiqamətində tövsiyələr də yer alıb.

Günay Quliyeva əlavə edib ki, BMT-nin tədqiqatı rəqəmsal transformasiyanı iqtisadi inkişaf, dayanıqlı inkişaf və ictimai xidmətlərin yaxşılaşdırılmasında əsas hərəkətverici qüvvə kimi qəbul etdiyini vurğulayır. Bu isə öz növbəsində ölkənin rəqəmsal idarəetmə və innovasiya sahəsində regional lider mövqeyini daha da gücləndirmək strategiyasına uyğundur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

18-09-2024
“ASAN xidmət”in innovasiyaları Azərbaycanın reytinqinə töhfə verir

“ASAN xidmət”in innovasiyaları Azərbaycanın reytinqinə töhfə verir

24-09-2024
Samir Məmmədov: "KOB-ların rəqəmsallaşması EGDI hesabatında Azərbaycanın reytinqini artıracaq"

Samir Məmmədov: "KOB-ların rəqəmsallaşması EGDI hesabatında Azərbaycanın reytinqini artıracaq"

30-09-2024
Elektron Hökumətin İnkişafı İndeksi üzrə fəaliyyət planı hazırlanıb

Elektron Hökumətin İnkişafı İndeksi üzrə fəaliyyət planı hazırlanıb

18-12-2024
Azərbaycan BMT-nin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə yeni reytinqində 28 pillə irəliləyib

Azərbaycan BMT-nin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə yeni reytinqində 28 pillə irəliləyib

26-06-2014
Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

11-02-2026
Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır

Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır

12-07-2020
İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024
Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026
Azərbaycan  dünyada elektron hökumətin inkişafı  üzrə irəliləyib

Azərbaycan dünyada elektron hökumətin inkişafı üzrə irəliləyib

01-08-2016
Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

11-07-2019
Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib

Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib

05-01-2026
Azərbaycan qlobal elektron hökumət indeksində 8 pillə irəliləy

Azərbaycan qlobal elektron hökumət indeksində 8 pillə irəliləy

17-04-2023
Prezident: Azərbaycan 100 faiz genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir

Prezident: Azərbaycan 100 faiz genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir

17-11-2025
Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dair brifinq keçirilib

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dair brifinq keçirilib

29-10-2025
Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23-05-2025
Ekspert: Azərbaycan eGov sahəsində əvvəlki beynəlxalq reytinqlərini təkrarlaya bilmir

Ekspert: Azərbaycan eGov sahəsində əvvəlki beynəlxalq reytinqlərini təkrarlaya bilmir

07-09-2020
“Harward Business Review” “Onlayn Azərbaycan” haqqında məqalə dərc edib

“Harward Business Review” “Onlayn Azərbaycan” haqqında məqalə dərc edib

01-04-2025
Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019
Azərbaycanda 4SİM-in direktoruna müavin təyin edilib

Azərbaycanda 4SİM-in direktoruna müavin təyin edilib

14-04-2023
İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025
İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023
“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

16-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə