Previous Next
Bağla

Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır

12-07-2020 20:53
Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır

Xeberler.az bildirir ki, BMT-nin Elektron Hökumət Sorğusunun 11-ci nəşri işıq üzü görüb. Azərbaycanın hesabatdakı mövqeyini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı şərh edib. Onun sözlərinə görə, Azərbaycan elektron hökumətin inkişafı indeksinə görə dünyada 193 ölkə arasında 70-ci, okeanlara çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin sırasında ilk üçlükdə qərarlaşmışdır: “Hesabatda ölkələr elektron hökumətin inkişafı indeksinə görə ən yüksək, yüksək, orta və aşağı qruplarda təsnifləşdiriliblər. Azərbaycan elektron hökumətin inkişafı indeksinə görə yüksək qrupa aid edilib, hesabatda xüsusi olaraq vurğulanıb ki, dövlətimiz ən yüksək qrupa keçməyə real namizəddir. Ölkəmiz bu reytinqdə 2018-ci ilə nisbətən öz indeksini 0,66-dən 0,71-ə qədər yüksəltməyi bacarmışdır. Hansı ki, indeks 0,75 olanda ölkə elektron hökumətin ən yüksək inkişaf səviyyəsinə çatmış sayılır. Müqayisə üçün deyək ki, Azərbaycanda elektron hökumətin inkişafı indeksi 0,71 olmaqla, orta dünya göstəricisi – 0,6-dan 11 bənd yüksəkdir. Elektron hökumətin inkişaf indeksinə görə Azərbaycan yerləşdiyi Asiya bölgəsinin malik olduğu 0,64 həddində olan orta göstəricini də 7 bənd qabaqlayır.

Azərbaycanda yaradılmış “Elektron Hökumət” informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı isə qeyri-rezidentlərə dünyada ilk dəfə olaraq mobil və elektron imza verməklə dünyanın istənilən nöqtəsindən dövlət xidmətlərini əlçatan edir. Prezident İlham Əliyevin rəhbərliyilə ilə yaradılan ASAN brendinin ardınca, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi məşğulluq və sosial müdafiə üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır. Prezident İlham Əliyevin rəhbərliyilə aparılan “Doing Business” islahatları, o cümlədən, lisenziya və icazələr, biznesə başlama, komunal xidmətlər, dövlət satınalmaları, vergi, gömrük, xarici ticarət, məhkəmə-hüquq və s. sahələrdə əldə olunan nailiyyətlər elektron hökümətin güclənməsinə zəmin yaratmışdır. Bu gün Azərbaycanda elektron kənd təsərrüfatı, elektron təhsil, elektron səhiyyə, elektron bankçılıq, elektron sosial xidmətlər, elektron viza və s. təşəbbüslər həyata keçirilir. Nəticədə ölkəmiz BMT-nin hesabatında qiymətləndirilən 20 xidmətin əksəriyyətini on-line təqdim edə bilir.

BMT-nin hesabatında Online xidmətlərin inkişafını göstərən indeks (OSİ) üzrə ölkələri qruplaşdırarkən, Azərbaycan İsrail, Macarıstan, Almaniya, Çexiya, Belarus kimi ölkələrlə birlikdə “yüksək indeksli” dövlətlərin qrupuna daxil edilib. Azərbaycan elektron-iştirakçılıq indeksinə görə də Belçika, Kosta Rika, Çexiya kimi dövlətlərlə birlikdə “yüksək liqa”ya aid olunub. Azərbaycanda yaradılan “İdeya Bankı” elektron-iştirakçılığı təmin edən mexanizm olaraq qiymətləndirilmişdir. Vətəndaşlar verdikləri ideyalar ilə müsbət dəyişikliklərə yol açmaqla yanaşı dövlətin qərar qəbul etməsi prosesində bilavasitə iştirak edirlər. Rəqəmsal hökumət vətəndaş-mərkəzlidir, ictimai iştirakçılığa şərait yaradır və data-əsaslı qərar qəbuletməni təmin edir.

Azərbaycanda elektron hökumətin inkişafının “ən yüksək liqa”ya keçməsi üçün telekommunikasiya infrastrukturu və insan kapitalının inkişafı istiqamətində  fəaliyyətlər daha da sürətləndirilməlidir.

Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan rəqəmsal transformasiyanın yeni mərhələsinə qədəm qoyur. BMT, Davos İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi, Microsoft, CİSCO, VİSA, Mastercard kimi beynəlxalq təşkilatlar və transmilli korporasiyalar bu təşəbbüsün gerçəkləşməsində Azərbaycan dövləti ilə yaxından əməkdaşlıq edirlər. Azərbaycanın “ağıllı dövlət” (smart nation) konsepsiyası səmərəli və hesabatlı rəqəmsal dövlət, vətəndaş-mərkəzli rəqəmsal cəmiyyət və rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat quruculuğuna təkan verə bilər. Bütövlükdə, ölkəmizin rəqəmsal transformasiyası həm milli inkişaf strategiyası, həm də qlobal davamlı inkişaf məqsədləri ilə uzlaşdırılmalıdır.

Son 10 gündə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi ərəfəsində - əvvəlcə BMT-nin davamlı inkişaf məqsədləri indeksi, sonra isə elektron hökumət indeksi üzrə Azərbaycanın öncül mövqelərdə qərarlaşması böyük önəm kəsb edir.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına yüksəlib.

19-09-2024

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

18-09-2024

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019

“ASAN xidmət”in innovasiyaları Azərbaycanın reytinqinə töhfə verir

24-09-2024

Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

11-07-2019

Prezident: Azərbaycan 100 faiz genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir

17-11-2025

“Elektron hökumət quruculuğu prezidentin daim diqqətindədir”

19-12-2014

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

E- imza təcrübəmiz BMT konfransında təqdim edilib

11-10-2017

Azərbaycan dünyada elektron hökumətin inkişafı üzrə irəliləyib

01-08-2016

Azərbaycanda 4SİM-in direktoruna müavin təyin edilib

14-04-2023

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tədbirində iştirak edib

09-07-2025

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

Ekspert: Azərbaycan eGov sahəsində əvvəlki beynəlxalq reytinqlərini təkrarlaya bilmir

07-09-2020

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018

Ağıllı Hökumət – Azərbaycan təcrübəsi nəşri təqdim olunub

27-09-2019

Avstriyalı mütəxəssis portalın fəaliyyətini yüksək qiymətləndirib

15-01-2017

Elektron Hökumətin İnkişafı İndeksi üzrə fəaliyyət planı hazırlanıb

18-12-2024

Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanacaq

24-11-2022

Prezident İlham Əliyev Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

12-11-2018

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019

Elektron Hökumətin İnkişafı Mərkəzi KOICA ilə görüşüb

30-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə