Previous Next
Bağla

Ekspert: Azərbaycan eGov sahəsində əvvəlki beynəlxalq reytinqlərini təkrarlaya bilmir

07-09-2020 17:08
Ekspert: Azərbaycan eGov sahəsində əvvəlki beynəlxalq reytinqlərini təkrarlaya bilmir
Xeberler.az bildirir ki, bir müddət öncə BMT elektron hökumətin inkişafı ilə əlaqəli özünün növbəti Reytinq cədvəlini açıqlayıb. Azərbaycan "Elektron hökumətin İnkişafı İndeksi"nə görə (E-Government Development Index-EGDİ) 2020-ci ildə 190-dan çox ölkə arasında 70-ci pillədə yer tutub.
 
Bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz açıqlama verib:
 
"Maraqlıdır ki, bundan öncə, 2018-ci ildə açıqlanan Reytinq cədvəlində də ölkəmiz 70-ci pillədə olmuşdu. Yəni, inkişaf göstəricilərində heç bir dəyişmə baş verməmişdi. BMT bu qiymətləndirmələri hər iki ildən bir təkrarlayır.
 
BMT-nin 2016-cı ildə açıqladığı Reytinqdə isə Azərbaycanın vəziyyəti daha yaxşı, hətta deyərdim ki, yüksək səviyyədə olmuşdu. Həmin ildə açıqlanan reytinqdə Azərbaycan 56-cı yeri qazanmışdı. O zaman elektron xidmətlərlə bağlı ölkəmiz, xatırlayıram ki, 30-40 pillə irəliləmişdi. Bu, oluqca yüksək göstərici idi".
 
Bəs nə baş verdi ki, sonrakı iki ildə ölkəmiz 14 pillə gerilədi və bu geriləmə ondan sonrakı ildə də bərpa olunmadı ?
 
Ekspert bildirib ki, BMT-nin hesabatına görə son 4 ildə bizdə eGov sahəsində sanki durğunluq olub.
 
"Elektron iştirakçılıqla bağlı indeks də, hesabatdan görsənir ki, əvvəlki dövrlərdə daha yüksək olub. BMT-nin adı çəkilən Hesabatının hazırlanmasında 200-dən çox ekspert iştirak edir, 3 istiqamət (elektron xidmətlər, telekommunikasiya infrastrukturu və insan kapitalı) üzrə dəyərləndirmələr aparılır. Bu qiymətləndirmə dünyada eGov sahəsində aparılan ən mötəbər sənəd hesab olunur.
 
Son illərdə ölkəmizdə eGov sahəsində bir xeyli işlər görülüb, səlahiyyətli mərkəzi icra qurumu dəyişilib, bir sıra uğurlu rəqəmsal layihələr icra edilib, müxtəlif rəqəmsal dövlət resursları hazırlanıb.
Prezidentin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq 2018-ci ildə Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılıb və s.
 
Bununla belə görünür ki, bizdə həm qeyd olunan istiqamətlər üzrə fəaliyyətin canlandırılması sahəsində problemlər var, həm də görünür ki, dünya ölkələri də , necə deyərlər yatmayıblar, onlar da son dövrlərdə rəqəmsallaşma sahəsində ciddi uğurlar əldə edirlər. Xüsusilə də, BMT-nin adı çəkilən hesabatından görünür ki, bizə yaxın olan Kazaxstan, Ukrayna və Belarus bu sahədə vəziyyətlərini xeyli yaxşılaşdıra biliblər.
 
Düşünürəm ki, biz yaxın zamanlarda Regional eGov sahəsində, eGov-la bağlı dövlət qurumları arasında kordinasiya və inteqrasiya sahəsində, telekommunikasiya və internet infrastrukturunun bütün ölkə üzrə yenidən qurulması istiqamətində və vətəndaşların elektron iştirakçılığı sahəsində vəziyyəti kəskin yaxşılaşdıra bilməsək növbəti hesabatda daha pis nəticələrlə üzləşəcəyik".
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

18-09-2024
Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

18-09-2024
Ekspert eGov sahəsindəki problemlərdən danışdı

Ekspert eGov sahəsindəki problemlərdən danışdı

08-10-2018
Ekspert: Nə üçün geriləmişik?

Ekspert: Nə üçün geriləmişik?

03-10-2022
Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018
Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına  yüksəlib.

Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına yüksəlib.

19-09-2024
Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023
“ASAN xidmət”in innovasiyaları Azərbaycanın reytinqinə töhfə verir

“ASAN xidmət”in innovasiyaları Azərbaycanın reytinqinə töhfə verir

24-09-2024
Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

11-07-2019
Azərbaycan  dünyada elektron hökumətin inkişafı  üzrə irəliləyib

Azərbaycan dünyada elektron hökumətin inkişafı üzrə irəliləyib

01-08-2016
ASAN 2.0 realdırmı ?

ASAN 2.0 realdırmı ?

05-12-2018
Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

20-10-2018
““ASAN xidmət” indeksi əsasında qiymətləndirmə mexanizmi hazırlanır”

““ASAN xidmət” indeksi əsasında qiymətləndirmə mexanizmi hazırlanır”

08-08-2016
Ekspert: "EHİM-in hazırladığı məlumat  eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022
Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

19-11-2019
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
"eGov" niyə "ASAN"dan alınıb nazirliyə verildi?- EKSPERT ŞƏRHİ

"eGov" niyə "ASAN"dan alınıb nazirliyə verildi?- EKSPERT ŞƏRHİ

25-11-2022
Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019
Ekspert: RİNN E-iştirakçılıq vəziyyətini düzəldə biləcəkmi?

Ekspert: RİNN E-iştirakçılıq vəziyyətini düzəldə biləcəkmi?

25-02-2025
Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır

Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır

12-07-2020
Prezident: Azərbaycan 100 faiz genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir

Prezident: Azərbaycan 100 faiz genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir

17-11-2025
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Ekspert: Rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir

Ekspert: Rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir

17-10-2022
Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

09-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə