Previous Next
Bağla

MHM qlobal etibarlılıq layihəsi çərçivəsində keçirilən konfransda təmsil olunub

08-02-2019 15:41
MHM qlobal etibarlılıq layihəsi çərçivəsində keçirilən konfransda təmsil olunub

Danimarkanın paytaxtı Kopenhagen şəhərində Avropanın tətbiq və proqramlar üzrə ixtisaslaşan ən böyük tədqiqat təşkilatı "Fraunhofer”in reallaşdırdığı "Lightest” –"qlobal etibarlılıq” layihəsi çərçivəsində konfrans keçirilib.

Xeberler.az  bildirir ki, Danimarka Texniki Universitetində keçirilən bu konfransda ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov və Milli Sertifikatlar Xidməti Mərkəzinin rəhbəri Arif Mailov təmsil ediblər. Konfransda layihə çərçivəsində görüləcək işlərin cari vəziyyəti, gələcək işlər və təqdim olunma tarixləri, layihənin inkişafı barədə məlumatlar verilib. Bundan başqa Etik tələblər, Konsepsiyalar və Dəyərləndirmələr, Açıq Məlumatlar üçün Etimad Sxeminin Yaradılması və sair fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb.

MHM-in konfransda iştirakdan əsas gözləntiləri elektron imzanın transsərhəd tanınmasını reallaşdıracaq infrastrukturun qurulmasını tezləşdirməkdir. Həmçinin, elektron imzanın tətbiqi ilə daha səmərəli və etibarlı sosial xidmətlərin yaradılması üçün fikir mübadiləsi aparmaq, bu sahədə mövcud qlobal vəziyyətin araşdırılmasıdır. Azərbaycan nümayəndə heyətinin bu konfransda iştirakı ölkəmizdə rəqəmsal inkişafa dəstək göstərəcək, Avropa ölkələri ilə bu istiqamətdə əməkdaşlığın möhkəmlənməsinə, təcrübə mübadiləsinə şərait yaradacaq.

Qeyd edək ki, Məlumat Hesablama Mərkəzi "Lightest” layihəsinin mütəxəssislərilə etibarlı tranzaksiyaların icrası ilə bağlı sıx əməkdaşlıq edir. Həmçinin Milli Sertifikatlar Xidməti Mərkəzinin rəhbəri Arif Mailov 2018-ci ildə Layihənin Məsləhət Şurasına üzvlüyə qəbul edilib. "Lightest” layihəsi Avropa Birliyi ilə əlaqəsi olan bütün dövlət və özəl müəssisələr tərəfindən təqdim olunan xidmətlər üçün mühüm əhəmiyyətli həllər yaradır və elektron tranzaksiyalar zamanı saxta kimlikləri müəyyən etməyə kömək edir. Bu həll müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, Elektron Satınalma, Elektron Ədliyyə, Elektron Səhiyyə və hüquqi sahələrdə "Əşyalar İnterneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlığına zəmanət verir.

“Lightest” layihəsinin məqsədi qlobal domenlərarası etimad infrastrukturunun yaradılmasıdır. Bu infrastruktur xidmət təminatçılarına şəffaf və asan elektron əməliyyatlar təqdim etməyə şərait yaradır. Müxtəlif etimad orqanlarını sorğulayaraq identifikasiya, biznes və s. kimi aspektləri bir arada toplayıb domen yönümlü etimad
qərarları tətbiq etmək mümkündür. Avropa Birliyinə üzv dövlətlər arasında bütünləşmə, iqtisadi inteqrasiya “Lightest”in əhəmiyyətini daha da artırır. Qeyd edək ki, "Lightest” – "qlobal etibarlılıq” layihəsi çərçivəsində işçi qrupunun görüşünün may ayında Bakıda keçirilməsi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Brüsseldə İSSE-2018 konfransı keçirilir

06-11-2018

Azərbaycanda Beynəlxalq Lightest Forumu keçirilir

29-05-2019

Nazirlik saxta kimlikləri müəyyən edəcək

27-01-2018

Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur

29-03-2019

Elektron imzalama sayı 23 milyona çatır

21-10-2017

E- imzamız İspaniyada da tanınacaq

09-02-2018

Elektron imzanın təkmilləşdirilməsi müzakirə olunub

25-05-2018

Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

15-07-2017

Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

26-05-2017

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı xarici təcrübə öyrəniləcək

26-09-2017

Bu qurum FutureTrust layihəsinin assosiativ tərəfdaşı oldu

21-06-2018

Ölkəmiz e-imza ilə bağlı beynəlxalq konfransda təmsil edilib

16-09-2017

Azərbaycanda Elektron imzanın tətbiqi ilə bağlı məsələlər nə yerdədir?

05-10-2009

Asan İmza və Rəqəmsal Ticarət Qovşağı Estoniyadakı konfransda təqdim edildi

04-06-2018

İlk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək

19-09-2018

Tələbələrə “Elektron hökumət” portalı barədə məlumat verilib

09-04-2015

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015

Kiyevdə PKI beynəlxalq forumu təşkil olunub

04-10-2019

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə